“Özəlliklə “Höte” yazmaq biabırçılığından qurtulmalıyıq…” – NİYAZİ MEHDİ

Azərbaycan orfoqrafiyasında bir utanc gətirici hal yaranıb. Ruscada orfeyepiya qaydası bizdə orfoqrafiya qaydasına çevrilib. Mən onu demirəm ki, almanlar «Hussa», «Yaspa» deyir, biz isə ruslardan deyilməsi çətin olan «Husserl». (Qusserl), «Yaspers»i götürmüşük. Almanlar «Niççe» deyir, biz isə ruslardan «Nitsşe»ni götürmüşük.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, fəlsəfə elmləri doktoru Niyazi Mehdi qeyd edib.

“Mən başqa faktı deyirəm.

Ruscada «q» samiti incə saitdən qabaq gələndə «g»laşır.

Ona görə rusdillilər «Vaqif» yerinə «Vagif» deyirdilər.

Ruslar «Qöte» yazırlar, «Göte» deyirlər.

Biz isə «Göte»nin «meymunu» yada salmasından qorxub ya «Höte», ya nə bilim nə yazırıq”- deyən N. Mehdinin qeyd etdiyinə görə, halbuki «Qöte» yazsaydıq, «meymun» da («yanbız» da) yada düşməzdi.

“Almanca, əslində, «Qüte»dir. Ruslar «Qeqel» yazıb «Qegel» deyirlər, biz isə «Hegel» yazırıq (əslində «Hiqel»dir). Ruslar «qey» yazıb «gey» deyirlər, biz isə «gey» yazırıq, bu örnəyi də göstərməyə cürət edim.

«Qender» yazıb «Gender» deyirlər, biz isə «gender» yazırıq.

«Coğrafiya» sözündəki «c» göstərir ki, ingilislər kimi «cender» də yaza bilərdik.

«Gen» yox, ya «qen», ya «cen» yazmalıydıq.

Yazı-pozu adamlarımız bu dediklərimi eşitsələr yaxşı olar.

Özəlliklə bu «Höte» yazmaq biabırçılığından qurtulmalıyıq”-deyə, N. Mehdi daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Millət vəkili pensiya artımından və islahatlarından danışdı…

Read Next

“AMEA ləğv edilsin” – TANINMIŞ SİYASƏTÇİDƏN SƏS-KÜY YARADACAQ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir