“Öz işçisini işdən çıxarmayan sahibkarlara dəstək verilməlidir…”-ƏLİ MƏSİMLİ

Parlamentin növbədənkənar sessiyasının plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunua dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinə start verilib.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə qısaca olaraq, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, o cümlədən, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin məlumatları dinlənilib.

Qeyd edək ki, qanun layihəsində İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirlərinin 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilib.

Hazırda qanun layihəsi ilə bağlı millət vəkillərinin çıxışlarına başlanılıb.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli sahibkarlara müraciət edilməsini vacib sayıb.

Qeyd edib ki, öz işçisini çıxarmayan və bundan sonra çıxarmayacaq sahibkarlara dövlət dəstəyi verilməlidir:

“Buradan da müraciət edirik ki, heç bir sahibkar öz işçisini yerə işdən çıxarmasın. Yəni, insanları işdən çıxarmayacaqsa, onlara daha çox yardım edilsin. İkincisi, insanları müxtəlif bəhanələrlə işdən çıxarmasınlar. Üçüncüsü, insanlar öz hüquqlarını bilsinlər. Özünüməşğulluq çox mütərəqqi layihədir. 52% vəsait məhz bu sahəyə yönəldilib. Ona görə burada olan müsbət cəhətləri inkişaf etdirib, mənfi məqamları aradan qaldırmaq lazımdır. Elə qanunlar qəbul etməliyik ki, daha çox işsiz insanı prosesə cəlb edə bilək”.

Sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

QARABAĞDA BMT PROTEKTORATI MÜMKÜNDÜRMÜ?-Politoloqun baxışı

Read Next

MM-in növbədənkənar sessiyası-DAHA İKİ GÜN ÇƏKƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir