“Öz xəstəxanalarımızı yoxlamalıyıq ki…” – RƏŞAD MAHMUDOV

Anestezioloq-reanimatoloq: Mütəxəssislər üçün beyin ölümü təlimatları üzrə treninqlər keçirilsin  

Bəzən mütəxəssislər beyin ölümü keçirən insanın müalicəsini davam etdirirlər: çünki onun ürəyi dayanmayıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında Mərkəzi Neftçilər Xəstəxanasının anestezioloq-reanimatoloqu Qulam Rüstəmzadə “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair keçirilən dinləmələrdə deyib.

rasadddd

Q.Rüstəmzadə deyib ki, əslində, beyin ölümü keçirən insan ölmüş sayılır. Buna görə də mütəxəssislər üçün beyin ölümü təlimatları üzrə treninqlərin keçirilməsi vacibdir: “Hələ indiyədək ölüm səbəbi kimi beyin ölümü diaqnozu qoyulmur. Əsas səbəb kimi ürəyin fəaliyyətinin dayandırılması göstərilir. Nə qədər ki biz beyin ölümü diaqnozunu qoya bilmirik, onda meyitdən orqan transplantasiyasını həyata keçirə bilməyəcəyik”.

MM-in Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib ki, 1973-74-cü illərdə akademik Cavadzadə tərəfindən Azərbaycanda 4-5 meyitdən orqan köçürülüb: “Amma son illərdə bu, niyə həyata keçirilmir? Bunun həyata keçirilməməsinin başlıca səbəbi meyitdən orqanların götürülməməsi ilə bağlıdır. Biz öz xəstəxanalarımızı yoxlamalıyıq ki, ölkədə reanimatoloqlar tərəfindən neçə beyin ölümü diaqnozu qoyulur. Biz bu diaqnozu qoya bilirikmi? Bunu təsdiqlədikdən sonra biz ikinci mərhələyə – etik baxımdan problemlərin həlli, insanların buna hazırlanması kimi məsələlərə keçərək bu problemin həlli istiqamətində daha böyük addımlar ata bilərik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Zərnigar Ağakişiyevanı da itirdik – YENİLƏNİB

Read Next

Qida təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir