Özbək və tacik plovu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına salındı

Özbək və tacik plovu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Etikxeber.az xəbər verir ki, Tacikistanda “Oşi”, Özbəkistanda “Palav” adlandırılan plov düyü, ət, kök və müxtəlif ədviyyatlardan hazırlanır. Plovun bu ölkələrdə təxminən 200 növü var.

Bu ölkələrdə, həmçinin “Toy plovu” ənənəsi də var. Belə ki, toy gününün səhəri qonaqlar plova qonaq edilirlər.

Özbəkistan və Tacikistanda demək olar ki, bütün kişilər və qadınlar plov bişirə bilirlər. Mərasim plovunu bişirmək isə bir qayda olaraq kişilərə həvalə edilir.

Etikxeber.az

Read Previous

Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı oldu – FOTO

Read Next

Özbəkistanın yeni “İslam Kərimovu” sabah bilinəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir