Özbəkistan prezidentinin Azərbaycana səfəri gözlənilir – YAZDA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ilin yazında Azərbaycana rəsmi səfər edə bilər.

Etikxeber.az “CA-News”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.

sovkat -ozbak

Səfir qeyd edib ki, səfərin dəqiq tarixini indidən demək çətindir: “Çox güman ki, səfər bu ilin yazında, ola bilsin, mayın sonunda baş tutacaq”. Səfirin sözlərinə görə, səfər zamanı tərəflər geniş spektrli məsələləri, o cümlədən neft-qaz, aqro-sənaye kompleksi (ASK), tikinti materialları sənayesi, qida sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar. İki ölkə arasında birbaşa uçuşların tezliyinin artırılması məsələsi də həll edilə bilər.

Diplomat əlavə edib ki, tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəhlizi çərçivəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı müzakirə aparacaqlar.

Etikxeber.az

Read Previous

Milli Qəhrəmanlara və Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü artırıldı – SƏRƏNCAM

Read Next

“Problemin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik” – SEKUTA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir