“Özbəkistanda “Qayınana”, “Əhməd, haradadır?” filmlərini tərcüməsiz, dublyajsız yayımlayırlar…”-MM-İN KOMİTƏ SƏDRİ – (ÖZƏL)

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türkiyə dizilərinin (seriallarının) dublyaj edilməsnin, Azərbaycan türkcəsinə tərcümə olunmasının əleyhinədir.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri bildirib ki, biz “Bir millət-iki dövlətik”, eyni dilin, eyni dinin, eyni tarixin, tarixi keçmişin, eyni dəyərlərin daşıyıcılarıyıq, ona görə də Türkiyə dizilərinin dublyajla verilməsi məqsədəuyğun deyil.

Komitə sədri eyni zamanda, “ortaq türkcə”, “ortaq dil” deyimlərini düzgün saymır.

“Biz eyni dildə danışırıq, o zaman hansı ortaq dildən, ortaq türkcədən söhbət gedir?! Ümumiyyətlə, belə hesab edirəm ki, artıq bütün türk cümhuriyyətlərinin filmləri, dizilləri tərcüməsiz, dublyajsız yayımlanmalıdır. Məsələn, mən dəfələrlə Özbəkistanda olmuşam. Orada olarkən mənə deyiblər ki, Azərbaycan filmlərinə Azərbaycan türkcəsində, dublyajsız baxırlar, izləyirlər. Konkret olaraq, “Qayınana”, “Əhməd, haradadır?” filmlərini Azərbaycan dilində, Azərbaycan türkcəsində izləyiblər, çox rahat da başa düşüblər…Bunu özləri deyiblər…

Hətta, Özbəkistan Prezidentinin köməkçisi var-Elmira xanım, çox ziyalı, nüfuzlu bir xanımdır, onunla da söhbət zamanı çox rahatlıqla, öz dilimizdə, öz türkcəmizdə danışmışıq, bir-birimizi də çox gözəl anlamışıq. Ona görə də hesab edirəm ki, artıq dublyaj məsələsi bir kənara qoyulmalı, Türkiyə, digər türk cümhuriyyətlərinin diziləri, filmləri tərcüməsiz, dublyajsız verilməlidir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Cəlilabad bələdiyyəsinin sədri barəsində inzibati xəta haqqında iş üzrə icraat-BAŞLANDI – RƏSMİ

Read Next

28 illik “Qisasınızı alacağıq!” vədi, bu il “Qisasınızı aldıq!” müəyyənliyi ilə əvəzləndi!-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir