Özbəkistanda vaxtından əvvəl prezident seçkilərinə start verildi

Qanunvericiliyə uyğun olaraq noyabrın 24-dən Özbəkistanda vaxtından əvvəl prezident seçkilərinə start verilib. Səsvermə dekabrın 2-dək davam edəcək.

Etikxeber.az xəbər verir ki, 0n gün ərzində seçki məntəqələri səhər saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, əsas səsvermə günü – dekabrın 4-də Özbəkistanda olmayan, xarici səfərdə olan, bu və ya digər səbəblərdən həmin gün səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək.

Bildirilir ki, vaxtından əvvəl səs verənlər məntəqə seçki komissiyalarına ərizə ilə müraciət edir və səs verir, əlavə sənəd tələb olunmur.

Etikxeber.az

Read Previous

Qəbiristanlıqdan silah-sursat aşkarlanıb

Read Next

Xaricdəki azərbaycanlıların və əcnəbilərin müraciətinə baxılması müddəti azaldıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir