“Özbaşınalıq baş alıb gedir…Rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbələrinin səlahiyyətləri “ASAN”-a verilsin”-MÜŞFİQ CƏFƏROVDAN İRAD VƏ ÖNƏMLİ TƏKLİF

Son zamanlar Azərbaycanda korrupsiya hallarına qarşı dövlət səviyyəsində mübarizə xeyli gücləndirilib. Cənab Prezident  bütün çıxışlarında bu məsələyə xüsusi toxunur və bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Müşfiq Cəfərov parlamentdə çıxışı zamanı deyib.

Bildirib ki, dövlət başçısı dəfələrlə korrupsiyada əli olan dövlət qulluqçularını tutduqları vəzifəsindən azad edib.

O, sonra qeyd edib:

” Düzdür, korrupsiya problemi az və ya çox dərəcədə dünyanın bütün ölkələrində mövcuddur. Burada cəmiyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Gərək, vətəndaşların özü bunda maraqlı olsun. Biz cəmiyyət olaraq bu sahədə maraqlı olmalıyıq. Bu mübarizə tək başına aparılarsa nəticə qısamüddətli və az faydalı olar, əgər bu mübarizədə bir araya gələriksə, yumruq kimi birləşəriksə bu bəladan uzunmüddətli qurtulmuş olarıq.

Korrupsiyaya qarşı mübarizədə şəffaflığın davamlı olması üçün bir tək ölkə başçısının deyil, cəmiyyətin bütün fərdləri mübarizə aparmalıdır.Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər il xeyli sayda dövlət qulluğunda çalışan adamlara cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarında aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Bunlar onu göstərir ki, dövlət korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır. Bütün bunlara baxmayaraq yenə də bəzi idarə və təşkilatlarda rüşvətxorluq baş alıb gedir.

Biz Gəncə deputatlarını, vətəndaşların çox saylı müraciətləri və hətdən çox artan narazılıqları narahat edir, ələxsusda son zamanlar Gəncə şəhərində yerləşən 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən özbaşnalıq. Şöbəyə yeni rəhbər təyin olunduğuna baxmayaraq təşkilatda özbaşınalıq, həddini aşma, heç bir qanuna tabe olmamaq halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan anti-korrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur. Qeyd edim ki, sürücülük vəsiqəsi üçün rüsumlar – 58 manat 40 qəpik məktəb qeydiyyatına,  20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürücülük vəsiqəsi üçün ümumilikdə 104 manat 20 qəpik olduğu təqdirdə vətəndaşlardan 1000 manat pul istənilir.

Qeydiyyat nişanı üçün rüsumlar, 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpik ümumilikdə 65 manat 80 qəpik olduğu təqdirdə isə vətəndaşdan 350 manat pul tələb olunur. Mən təklif edirəm ki, bu qurumun bütün səlahiyyətləri Asan xidmət mərkəzlərinə verilsin. Beləlikdə şəffaflığa nail olunsun. Mən həmkarlarımı, bütün təşkilatları və vətəndaşları dövlətimizi nüfuzdan salan korrupsiyaya və rüşvətxorluğa qarşı yumruq kimi birləşərək mübarizəyə çağırıram”.

Etikxeber.az

Read Previous

“Məmurlar deputatlarla danışanda üslüblarına diqqət etsinlər: Bundan sonra onların adlarını da çəkəcəyəm”-QƏNİRƏ PAŞAYEVA SƏRT DANIŞDI, MALİYYƏ NAZİRİ CAVAB VERDİ – YENİLƏNİB

Read Next

“Əgər xəstəyə 10 dəfə göndəriş verilibsə, hazırki qanunvericilik ədalətli hesablamaya imkan vermir və onun dəyişdirilməsi vacibdir”-PARLAMENTİN KOMİTƏ SƏDRİNDƏN ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNƏ İRADLAR VƏ TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir