Özdağ, Halaçoğlu, Ok da “Akşənər” deyir – TÜRKİYƏDƏ YENİ PARTİYA QURULUR

Meral Akşənərin liderlik edəcəyi partiyada tanınmış AKP-li isimlərin də olacağı bildirilir

Türkiyənin nüfuzlu və tanınmış siyasətçilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənər artıq yeni partiya qurmaq istiqamətində hazırlıqlara başlayıb.

Meral

Etikxeber.az-ın xəbərinə görə, bu məlumatı Akşənərin özü də təsdiqləyib.

O, Türkiyədə sağ-mərkəzçi mövqedə dayanan yeni bir partiyaya ehtiyac olduğunu və bu partiyanın qurulması yönümündə hazırlıqlara, danışıqlara start verildiyini bildirib.

Hələlik yeni patiyanın adı açıqlanmasa da, onun Ülkücü Hərəkat Partiyası və ya Milliyyətçi Çalışma Partiyası olacağı söylənilir.

Yeni partiyanın qurulması istiqmətində hazırlıqlara start verildiyini daha bir tanınmış siyasətçi-Kayseri millət vəkili Yusuf Halaçoğlu mətbuata açıqlamasında təsdiqləyib.

yusuf-1

Halaçoğlu “Yeni partiya milliyyətçi, mühafizəkar və Cumhuriyyət dəyərlərinə sahip çıxacaq. “Tək adam” rejiminə qarşı çıxacaq və parlamentar sistemi yenidən gətirəcək. Çalışmalarına başladıq, yeni partiyada sürpriz isimlər yer alacaq. “Genəl Başqan kim olsun” – deyə, bir anlaşmazlıq içində də deyilik. “Kuvayi Milliyə” ruhuyla bu ölkəyi qurtaracaq addımlar atmaq məcburiyyətimiz var”-deyib.

Qeyd edək ki, Meral Akşənərin liderlik edəcəyi yeni patiyaya dəstək verəcəyi və orada yer alacağı gözlənilən isimlər arasında əksi MHP-li, Qaziantep millət vəkili Ümit Özdağ, MHP Balıkesir millət vəkili İsmail Ok, MHP Isparta millət vəkili Nuri Okutan, MHP Adana millət vəkili Seyfettin Yılmaz,  MHP İzmir millət vəkili Oktay Vuralın da adları çəkilir.

umit

Adıçəkilən isimlərdən- bir zamanlar MHP genəl başqanlığına iddialı şəxslərdən  olan əski MHP-li millət vəkili  Ümit Özdağ  yeni patiyada yer alacağını istisna etməyib.

MHP Balıkesir millət vəkili İsmail Ok da yeni partiyaya qoşulacağını söyləyib  və belə bir açıqlama ilı çıxış edib:

ismail ok

“Yeni partiyanın  qurulması yönündə, tabiri caizsə, bir yol ayrımına girilib, başlanılıb, inşallah, Türk milləti üçün xeyirli  olacaq. Türk milləti də bu yeni partiyada lider olaraq, genəl başqan olaraq sayın Meral Akşənəri görməkdədir. Sayın Meral Akşənərin liderliyində, genəl başqanlığında Türkiyədə yeni bir partiya qurulacaq. Bizlər də millət vəkilləri arkadaşlarımızla birlikdə sayın Meral Akşənərin ətrafında toplanaraq, Türk millətinin və dövlətinin içində bulunduğu bu zor şərtlərdən çıxması üçün əlimizdən gələn bütün qatqıyı yapacağıq…”.

Ok yeni partiyada hətta, tanınmış AKP-li isimlərin də olacağını vurğulayıb.

meral-15

MHP genəl başqanlığına namizədlərdən olan MHP əski İğdır millət vəkili Sinan Oğan  yeni patiyada yer almayacağını, əksinə, MHP-də növbədənkənar qurultayın keçirilməsinə nail olunması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

MHP genəl başqanlığına digər namizəd Koray Aydının isə hələlik bu məsələ ilə bağlı mövqeyi bəlli deyil.

Etikxeber.az

 

Read Previous

“Bu, sadəcə söz deyil…” – RAMİZ MEHDİYEV

Read Next

ABŞ-ın Azərbaycandakı səfirliyi: “Zəhra və nənəsinin ölümü çox ağır faciədir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir