Ozil və Sançes “Arsenal”ı tərk edir?

Yarımmüdafiəçilər Məsut Ozil və Aleksis Sançes qış transferi vaxtı “Arsenal”ı tərk edə bilərlər.

Etikxeber.az xəbər verir ki, bunu “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger söyləyib.

“Bəli, bu cür variant mümkündür. Belə vəziyyətə düşən hər bir adam hər qərarı planlaşdırır. Mən hər zaman demişəm: Sançes və Ozillə yayda müqavilə bağlamağımız o demək deyil ki, onlar gedəcək. Hər iki oyunçu komandada xoşbəxtdir. Ümid edirəm ki, vəziyyət dəyişəcək. Hazırda elan etməyə heç bir dəqiq məlumat yoxdur” – deyə, Venger bildirib.

Ozil və Sançesin müqavilələri gələn mövsümün sonunda bitir.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov: “Susmayın, biganəlik göstərməyin, hərəkətə keçin” dedik…”

Read Next

AŞPA Bürosunun üzvü: “Azərbaycana qarşı lobbi formalaşıb-həm də güclü və təsirli lobbi…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir