“Özlərini iqtidarla qarşıdurma vəziyyətində hiss edən tənqidçilərimiz olsa belə…” – MURADOVA

Azərbaycanda qarşıdan növbəti-2018-ci il prezident seçkiləri gəlir.

Seçkilərə iki ildən bir qədər az vaxt qalsa da, ancaq bu məsələ ətrafında artıq ilikn müzakirələr getməkdə-çeşidli rəylər, proqnozlar səslənməkdədir.

Xüsusilə də,daha sosial şəbəklərdə şəbəkələşmiş müxailf düşüncəli qruplar tərəfindən prezident seçkiləri ilə bağlı üzümüzə gələn ilin – 2017-ci ilin mühüm-həlledici il olacağı yönündə proqnozlar verilməkdədir.

Yəni, dünyada və yaxın ətrafımızda baş verən gərgin ictimai-siyasi proseslərin, o cümlədən, hələ də davam edən qlobal maliyyə-iqtisadi kataklizmlərin Azərbaycanda da qaçılmaz, təhlükəli çətinliklər yaradacağı və bu baxımdan, seçkilərin ilk növbədə hakimiyyət üçün asan olmayacağı ilə bağlı rəylər-versiyalar dövriyyəyə buraxılmaqda, üstünlük təşkil etməkdədir.

Bununla yanaşı, hakimiyyətdəki müxtəlif maraqlı qüvvələrin özünün bu seçkilərə problemlər yaşada və yarada biləcəyi ilə bağlı ehtimallar özünə yer almaqdadır və sairə.

Bu baxımdan, görəsən, hakim Yeni Azərbaycan Partiyası (YAP), iqtidar təmsilçiləri növbəti seçkilər və onun ətrafında açılan müzakirələr, səslənən rəylər barədə nə fikirdədirlər? Səslənən rəyləri, fikirləri ciddiyə alırlarmı,yoxsa?..

Bununla bağlı YAP İdarə Heyətinin üzvü və Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Etikxeber.az-a açıqlamasaında ilk öncə səslənən firkirlərin mütləq əksəriyyətinin əsassız olduğunu iddia edib: “Siz media mənsubları özünüz tez-tez Amerika kimi bir dövlətdə güclü bir şəbəkənin – böyük maliyyəsi, böyük təşkilatçılıq işləri ilə proqnoz verən dairələrin iflasa uğradığını, tam fərqli vəziyyətin meydana çıxdığını vurğulayırsınız. Belə olan halda, prezident seçkilərinə hələ bir xeyli qalmış indidən seçkilərin necə, problemli və ya problemsiz olacağı ilə bağlı Azərbaycandakı sosial şəbəkə küncünə sıxılmış bir qrupun verdiyi belə “proqnoz” – xəyallarla bağlı hansısa bir münasibət soruşursunuzsa, o zaman deyə bilərik ki, bunlar reallıqdan çox uzaq “öncəgörmələrdir”. Çünki Azərbaycan da bütün parametrləri ilə dünyada gedən proseslərin içərisindədir və bu baxımdan təbii ki, müəyyən hadisələr bizə də öz təsirini göstərir. Bununla belə, dünyadakı ziddiyyətlərin getdikcə gərginləşməsi, ölkələrdaxili ictima-siyasi durumların, etnik və dini qruplar arasında ziddiyyətlərin daha artıq dərəcədə kəskinləşməsi fonunda Azərbaycanda tam fərqli bir vəziyyəti müşahidə etməkdəyik. Eləcə də, iqtisadi çətinliklərdən doğan kataklizmlərin, hökumətlər daxilində gedən ziddiyyətli münasibətlərin gərginləşməsi fonunda Azərbaycandakı sabit durum diqqətimizi cəlb edir. Həmçinin, mədəniyyətlərin-sivilizasiyaların qarşıdurması şəraitində bir-birini az qala məhv etməsi halında olduğu bir durumda Azərbaycandakı multikultural şəraitə baxın”.

B.Murdovanın dediyinə görə, dünyada təxminlərə və gümanlara sığan vəziyyətlər, bir də ki, standart proqnozlara yerləşməyən situasiyalar var.

“Ona görə hesab edirəm ki, Azərbaycan hər zaman olduğu kimi, bu baxımlardan öz daxili durumunu qoruyub saxlayan, daha çox müsbətə doğru dəyişən və kənar qüvvələrin Azərbaycana təsirlərinin qarşısını almağa qadir olan ölkə kimi çıxış edir. Bunun əsas səbəbi də ölkədəki mövcud siyasi elita ilə xalqın mütləq əksəriyyətinin vahid mövqedə olması, yeridilən syasətin ölkə vətəndaşları, xalq tərəfindən dəstəklənməsidir. Hətta, özlərini iqtidarla tam qarşıdurma vəziyyətində hiss edən tənqidçilərimiz olsa belə, bu, həqiqətdir. Ona görə də bu istiqamətdəki açıqlamaları yenə hər zaman olduğu kimi, onların “məşğuliyyəti” kimi qəbul edirəm və düşünürəm ki, bu təzahürlərin ölkədəki ictimai-siyasi proseslərə elə bir təsiri yoxdur. Azərbaycan getdikcə daha artıq möhkəmlənən, bütün istiqamətlərdə imkanlarını artıran və dünyada öz yerini möhkəmlənirən ölkədir. Əgər dünən bizi tənqid edənlər,bizim siyasətimizin doğru-düzgün olmadığını düşünüb, bizə yol göstərmək istəyənlər bu gün Azərbaycanın doğru yolda olduğunu vurğulayırlarsa, onda nəyə görə Azərbaycan daxlində olan bizim tənqidçilərimiz bu həqiqətləri qəbul etməsinlər? Çox istərdim ki, onlar 2018-ci ildəki prezident seçkiləri kampaniyası ilə əlaqədar öz gələcəkləri ilə bağlı bir proqnoz versinlər Oturub elə YAP-la “məşğul” olmasınlar, bir söyləsinlər görək özlərinin gələcəyi necə olacaq?..”-deyə, vitse-spiker sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

DİN də Gəncədə əməliyyat keçirdi

Read Next

Xarici dövlət borcumuz açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir