“Qu quşu ömrü yaşayırdı…” – QIZI NURƏNGİZ GÜNDƏN DANIŞDI

JALƏ ƏLİYEVA: …Məni elə tərbiyə etmişdi ki, heç qadağaya ehtiyac yox idi. Qatar relsdə necə düz gedirsə, bax eləcə. Qaydanı elə qoymuşdu ki, artıq o relsdən çıxmaq mümkün deyildi. O vaxt mobil telefon yox idi, tez-tez əlaqə saxlamaq olmurdu. Evə gəldiyim müəyyən saat var idi, o saatdan üç dəqiqə, beş dəqiqə keçə bilməzdi. Xoşbəxtlikdən mənim oxuduğum məktəblə evimiz yan-yana idi. Tale elə gətirib ki, məktəbim də, universitetim də, daha sonra işlədiyim yer də evimizə çox yaxın olub. O bilirdi ki, mən filan saatda dərsdən çıxıram, ən uzağı 15 dəqiqəyə evdə olmalıyam. Əgər üstündən cəmi 2-3- dəqiqə keçərdisə, o zaman evdə həngamə qopardı…

Bu  gün 20-ci əsr (həm də elə 21-ci əsr) Azərbaycan poeziyasının görkəmli nümayəndəlrindən olan şairə (həmçinin, gözəl diktor və aktrisa) Nurəngiz Günün nöbvəti doğum günüdür. Onun 80 yaşı tamam olur, 80 illik yubeliyidir…

Çox təəssüflər olsun ki, həm zahiri və daxili gözəlliyi, həm də gözəl poeziya nümunələri, bədii əsərləri-şeirləri, poemaları ilə seçilən, fərqlənən, yaddaşlarda dərin iz salan, qəlbləri ovsunlayan  Nurəngiz xanım bu gün aramızda yoxdur…Amansız fələk düz 4 il öncə onu bizlərdən, oxucularından, sevənlərindən, ədəbiyyat aləmindən alıb apardı…Ancaq, o, cismən bizimlə bir arada olmasa da, öz gözəl əsərləri ilə mənən, ruhən bizlərlərdir və Azərbaycan var olduqca,  daim bizlərlə də olacaq.

Odur ki, Nurəngiz xanımın 80 illik yubiley günündə onun tək-qız övladı, filologiya elmləri doktoru, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevanın bir müddət öncə mətbuatda getmiş müsahibəsini (həmçinin, Nurəngiz xanımın bir neçə şeirini) yenidən oxuculara təqdim etməyə qərar verdik.

Etikxeber.az Jalə Əliyevanın Nurəngiz Günlə bağlı müsahibəsini olduğu kimi təqdim edir:

– Jalə xanım, biz bura gələndə Nurəngiz Gün haqqında ilk yadınıza düşən xatirə hansı oldu?

– Mənim həyatım başından sonunacan ona həsr olunub. O, məni günün 24 saatı sözləri ilə, baxışları ilə işğal edir. Ancaq yatandan-yatana onu unuduram. Buna görə də xatirə mənim üçün kiçik bir məfhumdur əslində. Çünki o mənim üçün hər an canlıdır.

Amma bir halda xatirə istəyirsiniz, onda qoy birini danışım. Bütün uşaqlar kimi dondurmanı çox sevirdim. Bunu Nurəngiz xanımın özü mənə danışıb. O vaxtlar taxtadan xizəyə bənzər təkərli bir araba olurdu, dondurmaları onun içinə qoyub sürə sürə gətirib məhəllədə, binanaların önündə hündür səslə, marojna, marojna deyə satırdılar. Mən o səsi eşidən kimi dondurma istəyirmişəm. Anam da pul verirmiş, gedib alırmışam. 20 dəqiqədən sonra yeni bir araba gəlir, mən yenə dondurma istəyirəm. Sonra daha biri, daha biri… Nurəngiz xanım görür ki, bu gedişlə həm uşaq xəstələnə bilər, həm də açığı buna pul çatdırmaq olmaz. Nə deyirsə, məni fikrimdən döndərə bilmir. Axırda ağlına bir fikir gəlir, deyir, Jali, (o məni belə çağırırdı) sən onu bilirsən ki, gündə iki dənədən artıq (ürəyi o qədər yumşaq idi ki, bir dənə deyə bilmirdi) marojna yeyəndə adamın anası ölür? Mən başlayıram dəli kimi ağlamağa ki, bəs, bir də dondurma istəməyəcəm, heç birini də. Anam da sevinir ki, şükür bu uşağı yola gətirə bildim. Elə bu vaxt balkonun altından növbəti  “Marojna” səsi gəlir. Mən vədimə əməl edirəm. Yarım saatdan sonra yenidən səs gəlir. Səs üçüncü dəfə təkrarlananda yan otaqdan qaçıb ağlaya-ağlaya deyirəm ki, mama, qurban olum ölmə də nə olar, axı mən marojna istəyirəm.

(Gülüşürük)

– Ana kimi necə xarakterizə edərdiniz onu? 

– Möhtəşəm bir şair, bütöv bir insan olduğu kimi, həm də xariqüladə bir anaydı. Əlbəttə ki, bütün analar gözəldir. Amma o, həddindən artıq həssas, övladını canından artıq sevən və onu son nəfəsinə qədər qorumağa hazır olan biri idi. Qəribədir ki, mən artıq müstəqil biri olandan, öz sözüm, öz işim olandan sonra da Nurəngiz xanım mənə uşaq kimi baxırdı. Adətən Nurəngiz xanımı demokratik, azad ruhlu qadın kimi xarakterizə edirlər. Amma bütün o demokratikliyinin, azad ruhluluğunun içində çox qatı bir mühafizəkarlıq da vardı. Ailədə həddindən artıq mühafizəkar idi.

– Necə? Müəyyən etdiyi qaydalar vardı? Hansı qaydalar ki, siz ondan kənara çıxa bilməzsiniz… 

nurangiz-6

– Onun olduğu məkanda mən heç bir zaman danışmağı, fikir bildirməyi özümə rəva bilməzdim. Ehtiyat edərdim. Anamın sevgisi o qədər güclü idi ki… O mühafizəkarlıq həmin sevgidən doğan bir şey idi. Ətrafdakı bütün naqisliklərdən, xoşagəlməz hallardan və s. övladını qorumaq istəyirdi. Məni tam şəxsiyyət olaraq böyütməyə çalışırdı və tələbləri həddindən artıq çox idi.

– Yeganə övladı siz olduğu üçün yəqin ki… 

– Ola bilsin, bu da vardı. Tələblər deyəndə biz nəyi nəzərdə tuturuq? Deyək ki, əxlaq normaları, etik normalar. Amma onun tələbləri bununla bitmirdi…Onun tələbləri dünyəvi, qlobal məsələləri ehtiva edirdi. İnsanlara həssas yanaşmaq, təbiəti sevmək və qorumaq, hər canlının qədrini bilmək kimi tələbləri vardı.

– Şeirlərində də bu bəşəri problemlər qabardılıb… 

– O, 7 poemanın müəllifidir. Nurəngiz xanım məhəbbət şairi, lirika şairi deyildi. Bu poemaların hamısı qlobal məsələlərə həsr olunub. Ədalətsiz müharibələr, zorla sürükləndiyimiz münaqişə, Güney dərdi, bölünən torpaqlarımız, hələ sovetlər dövründə Vətənini azad görmək arzusu, dünyanın harasında olursa olsun yaşanan insan faciələri, kirlənən atmosfer, yox edilməkdə olan təbiət və s… Bunlar onun yaradıcılığının ana xətti idi.  Ovçuları heç sevməzdi. Quşların köçü, ona təsir edirdi. Ümumiyyətlə, özü də qu quşu ömrü yaşayırdı.

– Onun həyatı da köçəri bir həyat olub… 

– Əslən Ərdəbildən idilər. Bəy nəslindən olublar. İki əsr bundan əvvəl Güneylə Quzeyin arasında tez-tez getgəl edirlərmiş. Sonra sərhədlər bağlananda həmişəlik Quzeydə qalıblar. Nurəngiz xanım 1938-ci ildə doğulub…

– Repressiyadan sonrakı il… 

– Bəli. Babaları da repressiya qurbanı olub. Məlum repressiya illərində, yenidən məcburi Azərbaycanın güneyinə köç ediblər. Burada böyük ailədən sadəcə anası və atası qaıb.  Ağır, ən çətin illər taleyinə düşüb. Ümumiyyətlə, ölkənin ağır taleyini ailəsinin timsalında yaşayıb. Bu ağrı da onun bütün yaradıcılığında qırmızı xəttlə keçir.

– Neçə uşaq olublar? 

– Altı. Üç bacı, üç qardaş. Ailənin ilk övladı Nurəngiz xanım olub.

– Jalə xanım, atanızla nə vaxt ailə həyatı qurdu bəs? 

– 1965-ci ildə. 27 yaşında. Atasını erkən yaşda itirəndən sonra ailənin yükü onun çiyinlərinə düşüb.

– Tanışlıq tarixçəsini bilirsiniz?

 – Təqribi bilirəm. Bilirəm ki, sevgi üzərində qurulan bir ailə olub. İkisi də o vaxt Dövlət televiziya və radio komitəsində işləyiblər. Anam orda diktor olub, atam isə musiqi verilişlərinin redaktoru… O zaman bir-birilərini görüblər, bəyəniblər, seviblər, sonra da ailə qurublar. Bu izdivacdan da mən dünyaya gəlmişəm. Təəssüflər olsun ki, bacım və qardaşım olmayıb ailədə.

– Qadağaları olurdu sizə? 

– Məni elə tərbiyə etmişdi ki, heç qadağaya ehtiyac yox idi. Qatar relsdə necə düz gedirsə, bax eləcə. Qaydanı elə qoymuşdu ki, artıq o relsdən çıxmaq mümkün deyildi. O vaxt mobil telefon yox idi, tez-tez əlaqə saxlamaq olmurdu. Evə gəldiyim müəyyən saat var idi, o saatdan üç dəqiqə, beş dəqiqə keçə bilməzdi. Xoşbəxtlikdən mənim oxuduğum məktəblə evimiz yan-yana idi. Tale elə gətirib ki, məktəbim də, universitetim də, daha sonra işlədiyim yer də evimizə çox yaxın olub. O bilirdi ki, mən filan saatda dərsdən çıxıram, ən uzağı 15 dəqiqəyə evdə olmalıyam. Əgər üstündən cəmi 2-3- dəqiqə keçərdisə, o zaman evdə həngamə qopardı (gülür). Bu əsla o anlama gəlməsin ki, mənə inanmırdı. Yox, sadəcə, içində dəhşətli bir itirmək qorxusu var idi.

– Ananızla dərdinizi bölüşə bilirdinizmi? Yəni tutaq ki, kimdənsə xoşunuz gəlir, yaxud kimsə sizə eşq elan eləyib və s. 

– Yox, bunları danışa bilməzdim. Çünki bizim onunla aramızda çox böyük bir pərdə vardı. Mən onun yanında danışmağa ehtiyat edirdim. Buna görə də çalışırdım ki, hisslərimi bölüşməyim, özümdə saxlayım. Həmişə bunu mənə irad tuturdu, deyirdi ki, hər şeyi ilk ananla bölüşməlisən. Bəlkə də ondan əks bir cavab alacağıma görə qorxurdum. İstəmirdim ki, onun nəyəsə görə kefi pozulsun. Bəzən də ürək eləmirdim deməyə. Halbuki özü bu söhbətlərin marağında idi. Deyirdi ki, de görüm, bu gün sənə kim baxıb? (gülür). Deyirdi, ola bilməz e, yəni indi səninlə heç kim maraqlanmır, heç kim sənə ürəyini açmır?

– Sizdən söz almağa çalışırmış… 

– Bəlkə də. Ehtiyat edirdim, bilmirdim onun reaksiyası necə olacaq. Bəlkə də sərt reaksiya göstərə bilərdi. Ancaq illər sonra, yaşa dolduqdan sonra anladım ki, mənə olan mühafizəkarlığının altında yalnız və yalnız övladını qorumaq dayanırdı.

 – Dostları kimlər idi? 

– Rəfiqəsi çox deyildi. Rəfiqəliyi sevmirdi. Bunu artıq hesab edirdi. Deyirdi ki, qadının ailəsi, övladı varsa, daha çox vaxtını onlarla keçirməlidir. Rəfiqələrinə ayıracağı vaxtı evə, övladına, evin dizaynına ayırırdı. Çox zövqlü qadın idi. Öz geyimindən, saç düzümündən  tutmuş, evin təmirinə qədər, hər şeydə onun tərarsız zövqü görünürdü. Mənə həmişə irad tuturdu ki, öz əlin var, niyə saçını başqa birinə həvalə eləyirsən.

– Yazıçı-şairləri, sənət adamlarını  nəzərdə tuturam daha çox. Kimlərlə görüşürdü? Kimlər evə gedib gəlirdi? Kimlərlə daha çox ünsiyyətdə olurdu? 

-Mədinə Gülgünü çox sevirdi, ona şeir də həsr eləmişdi. Əzizə Əhmədova, Ələviyyə Babayeva. Gənc şairə xanımlarımzla münasibəti vardı. Afaq Məsudla zəngləşirdilər. Söhrab Tahir, Nəriman Həsənzadə, Fikrət Qoca, Anar, Şahmar Ələkbərzadə, Eldar Baxış, Vaqif Əlixanlı, Şəfəq Əlixanlı, Yusif Səmədoğlu, Fuad Poladov, Aqşin Babayev, Vasif Babayev. Elçin İskəndərzadə və Afət xanım, Sabir Rüstəmxanlı və Tənzilə xanım ona  çox doğma idilər. Bu iki ailə evimizdə qonaq olurdular. Dostları çox idi, həddindən artıq çox. Heyf, hamısını sadalaya bilmirəm. Amma bu dostluq çox sıx gedişli-gəlişli dostluq deyildi. Sadəcə anamın səmasında bu insanlar var idi. Bu münasibətlər sadəcə geniş atmosferdə idi. Bu insanları özünə yaxın bilirdi. Anam boş qalanda vaxtını bizə-mənə, qızıma, doğmalarına, yaradıcılığına, evin bəzək-düzək işlərinə  həsr eləyərdi. Tədbirlərdə, təqdimatlarda görüşərdi bu insanlarla. Daha çox telefonla ünsiyyət qurardı. Özü deyirdi ki, nə yaxşı telefon var (gülür). 

– Jalə xanım, yoldaşı ilə münasibəti necəydi? Yaradıcı adamların bir az kompleksləri olur. Bəzən evə çox diqqət göstərə bilmir yaradıcı adamlar. 

– Doğrudur, bəzən yaradıcı adamın ailə üzvləri də çətinlik qarşısında qalırlar. Onların öz dünyaları olur. Və bu yaradıcı adam qadındırsa, çətinlik daha da artır. Üstəlik bu adam çox həssas və eyni zamanda tələbkardırsa, indi özünüz fikirləşin vəziyyəti (gülür)  Nurəngiz xanım ailəsinə, bacı, qardaşlarına həddindən çox bağlıyıdı. Anam emosional, çılğın təbiətliydi, atam isə məsələlərə çox sakit yanaşardı. Mən atamdan icazə istəyirdim harasa getmək üçün. Atam “hə, gedərsən” deyirdi. Anam isə “yox”. Və qəribədir, axşam atam da “yox” deyirdi.

– Belə çıxır ki, evin idarəçiliyi ananızda olub. 

nurangiz-3

nurangiz-5

nurangiz-2

nurangiz

nurangiz-1

– (gülüşmə). Deyirdi ki, atan icazə verməyəcək. Mən də etiraz edirdim. Deyirdim, axı sən onun adından niyə danışırsan, mən ondan icazəmi almışam. Razılaşmırdı, deyirdi, o sənə elə-belə deyib, axşam görərsən, icazə verməyəcək. Həqiqətən də elə də olurdu. Atam da məni incitməmək üçün deyirdi ki, istəyirsən gələn həftə səni özüm aparım ora, gəzək. Mən də deyirdim, axı səninlə getmək istəmirəm, uşaqlarla getmək istəyirdim.

– Bu mənada ananızdan inciyirdiniz? Ümumiyyətlə, ondan küsdüyünüz anlar olubmu? 

– Uşaq ikən olurdu. Yeniyetmə vaxtı da. Çünki mən də hamı kimi olmaq istəyirdim. İstəyirdim, hamı kimi hərəkət edim. Ancaq bunların çoxusu qadağa idi. Yox, yanlış anlaşılmasın, o, despot deyildi. Sadəcə anamda heç kimə xas olmayan, hadisələri öncədən görmək bacarığı vardı. İç duyğusu, intuisiyası çox güclü idi. Və mən bu gün də onun dediklərinin doğru çıxdığının zaman-zaman şahidi oluram. Məsələn, filankəs haqqında deyirdi ki, o yaxşı adam deyil, inanmayın və yaxın buraxmayın. İllər keçirdi və biz sonradan başa düşürdük ki, sən demə, qoynumuzda ilan bəsləmişik. Anam bunu əvvəlcədən görə bilirdi. Biz-birimizə həddindən artıq bağlıydıq.  Onun ümid yeri mən idim. Gənc yaşında valideynlərini itirməsi, taleyinin qırıqlığı ona təsir edirdi və mən ona təskinlik idim. Hətta Milli Məclisə gedəndə də, qapının kəndarında soruşurdu ki, nə vaxt gələcəksən evə. Deyirdim, mama, hələ evdən çıxmamışam, mənim günüm-saatım yoxdur. “Eybi yox, sən təqribi vaxtı de, bilim” – deyirdi. Deyirdim, mobil telefonum var da, rahat ol, nə vaxt istəsən, nə lazım olsa, evdən zəng et. Yenə də rahat ola bilmirdi. Sizə maraqlı bir şey deyim. O heç vaxt mobil telefondan istifadə eləmədi. Ona hədiyyə də etdik. Uyğunlaşa bilmədi. Nə qədər demokratik ruhlu, gəncliyi sevən, inkişafa, yeniliyə meylli bir insan olsa da köhnələrdən də qopa bilmirdi. Ənənəyə sadiq idi. Texnikanın gətirdiyi yenilikləri qəbul eləmirdi. Ondan olsa evdə heç soyuducu da saxlamazdı. Özü deyirdi ki, bir gün bu mobil telefonların nə qədər ziyanlı olduğunu görüb onları aparıb okeanlara, dənizlərə atacaqsınız.

– Yaxşı yeməklər bişirirdi? 

– Çox, çox. Daxili zövqü həyatındakı hər amilə yansımışdı.Təbii ki, yaradıcı adam hər bir zaman mətbəxdə ola bilməz, həmişə evi təmiz ola bilməz. Amma anam bu mənada çox diqqətli idi, səliqəyə çox önəm verirdi. Nurəngiz xanım heç kimin yeməyini bəyənmirdi. Özü bişirə bilmədiyi vaxtlarda kənardan gəlmiş yeməyi yeməzdi. Necə deyərlər, əlinin duzu var idi. Onun bişirdiyi kələm dolmasını, döşəməli aşı, ləvəngini, dovğanı, qoz piroqunu heç yerdə tapa bilmirəm. Bütün uşaqlar kimi nənəmgilə getməyi sevirdim. Bir-iki saat keçməmiş zəng edib məni tovlayırdı ki, evə gəlim. Deyirdi ki, bilirsən nə yemək bişirmişəm. Yeməyi sevdiyimi bildiyindən belə deyirdi.

 – Jalə xanım, maraqlıdır, şair kimi ananızı nə vaxt kəşf etdiniz? 

– Əslində Nurəngiz xanım nəsrlə gəlib ədəbiyyata. 1979-cu ildə “Tanrı bəşər övladıdır” povesti ilə.  Yadımdadır, o zaman bu povest ədəbi ictimaiyyətdə böyük canlanma yaratmışdı, sensasiyaya çevrilmişdi. Amma daha sonra poeziyaya kökləndi. Onu şair kimi kəşf eləməyim maraqlı olub. O vaxtkı Lenin sarayında Amerikadan gələn zənci müğənni konsert verirdi. Konsertdən sonra anam bir şeir yazdı: Təqribi yadımda qalan misralar belə idi: “Qara, qara balası qara, qara, gecədən də qara”. Siyasi şeir idi.  Təəssüf ki, bu şeir heç yerdə yoxdur. Onun əlyazmalarını da tapa bilmirəm. Deyəsən, bəyənməyib və çap etdirməyib. Xatırlayıram ki, onda mən orta məktəbdə oxuyurdum. Bir də bir “Təlxək” şeiri yazmışdı. Şeirdən: “Nə idi ki, təlxəyin dərdi, ki, həmişə adam güldürərdi” misralarını bu gün də xatırlayıram. Onu da xatırlayıram ki, o şeiri oxuyandan sonra, təlxək obrazıına, təlxək taleyinə çox üzülmüşdüm.Demək olar ki, ilk oxucusu mən olurdum, daha çox mənə oxuyurdu şeirlərini. Sonradan redaktoru da olmuşam. Hərdən mənə deyirdi ki, sən niyə mənim şeirlərimi bu günə qoyursan (gülür).

 – Razılaşmırdı sizinlə? 

jala

– Deyirdim, mama, gəl bu ifadəni çıxaraq, dəyişək. Əvvəl razı olmurdu. Sonra oxuyanda deyirdi ki, sənin şeir zövqün, şeiri duyumun yaxşıdı. 65 illik yubileyində, bir zamanlar onun öz  anasına həsr etdiyi şeiri dəyişdirib qorxa qorxa oxudum. Şeir bitdi, hamı alqışladı. Amma mənim üçün Nurəngiz xanımın reaksiyası çox əhəmiyyətli idi. Səhnədə oturduğu kreslodan mikrofona əyilib dedi ki, “Əhsən sənə, mən bilməzdim mənim şeirimi sən bu qədər özəlləşdirərsənmiş”. Hamı uğunub getmişdi.

– Ömrünün son günlərini necə xatırlayırsınız?

 – Gəlin xatırlamayaq… (kövrəlir) …O, mənim hər şeyim idi. Mən ona aşiq idim. Mən onu həyatda heç kimi, hətta övladımı da sevmədiyim qədər sevirdim. Mən sadəcə bir ana itirməmişəm. Mən müstəsna bir qələm, müstəsna bir düşüncə, müstəsna bir insan itirmişəm. Deyirlər ki, əsrinin öksüzüdür (yetimidir) dahilər. Mən onun öksüzlüyünə, yetimliyinə yanıram. O məndə əbədi olaraq yaşayacaq. Ruhum ona qovuşanda sakitləşəcək ancaq.

– Sizə dediyi son söz, bir vəsiyyət… Olmadı? 

Yox… Mən ondan hətta xəstəliyini gizlətdim.

– Nə idi xəstəliyi? 

– Böyrəkləri… Mənə çox çətindir bu haqda danışmaq… Soruşurdu ki, məni niyə tez-tez həkimə aparırsan, nəsə məndə problem var? Mən də gizlədirdim ondan. Deyirdim ki, səndə nəsə bir problem olsa, səncə mən bu qədər rahat, sakit olaram,  deyib gülərəm? İnanırdı. Təbii ki, yalan danışırdım, yalandan danışıb, yalandan gülürdüm. Həyatımın ən böyük rolunu oynayırdım.

Anamın hələ gənc yaşlarında ürəyində problem var imiş. Həkim ona ikinci uşağı dünyaya gətirməyə qadağa qoymuşmuş. Onun üçün mənim qardaşm və bacım olmayıb… Uşaq idim, bir gün  evdə təsadüfən eşitdim ki, xəstəlik anamı hər an əlimizdən ala bilər. Çox qorxmuşdum. Uşaqlığım onu itirmək qorxusuyla keçdi. Hər an səksəkədə idim.  16 yaşımda ad günümü qeyd eləyəndə mənə bir fransız ətiri hədiyyə elədi. Çox qəribədir ki, mən o ətiri evdə uşaqlığımdan bəri görürdüm, amma anam o ətirə yaxın qoymurdu məni. Sən demə, onun içində sirr varmış. Ürəyinin ciddi xəstə olduğunu eşidəndə bu ətirin üstünə yazıb ki, “Jalim,(mənə belə müraciət edirdi) böyüyüb gənc qız olanda bu ətiri vurarsan. Anan bunu sənə 16 yaşın münasibəti ilə hədiyyə edir”. Hesab edib ki, o zamana qədər yaşamayacaq.

Ancaq o xəstəliyi yendi. Sağaldı. Buna baxmayaraq həmin qorxu məni həyatım boyu izlədi. Həmin qorxu o ölənə qədər məndən əl çəkmədi. Ta 2014-cü ilin 21 dekabr gecəsinə qədər… ruhunu tapşırdığı an, dünyam qaralsa da,  rahat nəfəs aldım. 48 il mənimlə birlikdə yaşayan ölüm qorxusu artıq sona çatmışdı…

***

YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı…
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir… varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim…
Yol gedirəm, yol olanadək.
1984

MƏNƏ SOYUQDUR GÜNƏŞ

Günəş!.. Mənə soyuqdur,

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

…Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!……

Yerdə mənə yaman soyuqdur, Günəş!

Niyə gəldim

Nilufərlər solan çağı

Mən bu gölə niyə gəldim?

Niyə axı bura gəldim?

Gəlmişdimsə niyə gəlib,

Niyə getdim?

Ah, bilən yoxdur

bağrım başı nədən belə

bölük-bölük?

Nədən axı qəmgin olur

Könül belə o göl sarı?

Bəs nə üçün çıxdım getdim

Nilufərlər solan çağı?

14 aprel 2014

****
Tükəndi ağ çiçəklərim, bir payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda, qopub varaq-varaq oldu.

Quş olub uçdu güllərim, əldə qalan budaq oldu
Busələrimin qonağı bir üşüyən yarpaq oldu.

Gözlərim gölə çevrildi, vüsal məndən uzaq oldu,
Nə gəldi qüssədən gəldi, məni üzən fəraq oldu.

Xəyal oldu sevdiklərim, yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim, dönüb qara torpaq oldu.

***

ÖRT ÜSTÜMÜ, ÖRT, MEŞƏM

Salammeşəm!

Mənəm  – həmən o “Vələs qızın”.

Gəlmişəm

Bir az utanıramNaxələflik eyləmişəm.

BilməmişəmbilməmişəmMən səni,

cəngi nəhəng bir şəhərə dəyişmişəm.

 Adamlar

ucdan tutma məşğul imiş

Nələr gördümnələr gördüm!

O adamlar içində qəribmişəm!

 qoynunu meşəmMən səninçin qəribsəmişəm!…

 var yoxMəxluqların necədir?

Yenədəmi qışqırışırlarAh böyük təsəlli!

Budur ən böyük ehtiyac!… Qışqıra bilsəydim əgər

Yüz illərdir daşıyıram mən onu

Yüz illərdir bir səs boğur hulqumumu!

 qoynunu meşəmSöz deməyə gəlmişəm.

 qoynunu,

əyilim azadə budaqlarına,

söz deyim bulaqlarına.

 qoynunu meşəmiçim yanırtəngnəfəs olmuşam,

Bir sərinlik həsrətiylə tutulmuşamdolmuşam.

Oxxaymeşəm!!! Bu gecə

    palıdımaküknarıma qovuşacağammeşəm

Oxxayyyoxxayyy!…. Oxxayy meşəmBu gecə

Yaşıl döşəyin üstünə

bir uzun “şirin nağıl” danışacağam,

Ört üstümüört meşəm!…

 ƏN ÇƏTİNİ BÖLÜNMƏKMİŞ

Sonra o məşum nağıla

sübhə kimi birgə göynədik.

Bu minvallabu böyük dünyamıza

eyni kədərimizlə eyni cür qərib düşdük

Ah gülümqəribliyə sən yaxşı bələdsən.

Sən heç nəyi unuda bilməyəcəksən!

Ovun quzumovun mənim kövrək sevgim!

 günahıtelli sazın?…”

Əsən bir başqa cür əsdi.

Mən təsliməmKiri sən .

Kiri mənim ay ömürlük kədərim!

Ən acısı –

qoynumuzdan açılıb

yerə düşən o qolları unutmaqmış,

Ən acısı –

cığırlara haçalanıb

qar selində üşüyən o yolları unutmaqmış!

Olacağa  hacətYəqin bu da gərəkmiş.

 biləydik biləydik

Ən çətini bölünməkmiş?!

 BELƏ İŞLƏR

 … Əvvəl sən gəldin,

Sonra bu kədər.

Əvvəl sən tovladın,

 ovçu sonradan ovladı.

Əvvəl özülsonra divar. –

Əvvəl sən başladın,

sonra dediqodular.

Əvvəl sən güldün,

indi mən.

Əvvəl mən öldüm,

indi sən.

Ah məhəbbət!

Sənə  rəhmət,

Mənə .

 … Gün çıxdışehin ömrü bitdi beləcə.

Şeh olacam mən  bir gecə.

Şeh ağladı getdi,

Mən sənin gözlərinin aynasında

gülüb donacam.

Mən qəhqəhə içində,

Mən sənin büsbütün əzalarında,

Mən sənin sevincindəəzablarında

qıvrılacam sonacan.

 MƏNİM O AĞ ÇİÇƏKLƏRİM

 Tükəndi  çiçəklərimbir payıza yaraq oldu

Çaşdı əsən rüzgarlardaqopub varaqvaraq oldu.

 Quş olub uçdu gülləriməldə qalan budaq oldu

Busələrimin qonağı bir üşüyən yarpaq oldu.

 Gözlərim gölə çevrildivüsal məndən uzaq oldu,

 gəldi qüssədən gəldiməni üzən fəraq oldu!

 Xəyal oldu sevdiklərimyanıbsönən çıraq oldu

Mənim o  çiçəklərimdönüb qara torpaq oldu.

 BİLMƏZ İDİM

 Bilməz idim eşq nədirqəm nədir,

Bilməz idim gül nədirşəbnəm nədir.

Bilməz idim kiprik nədirnəm nədir,

sən öyrətdinqaytar aparistəməm!

 Bilməz idim ay necə dolanarmış,

Bilməz idim ay gecə dolanarmış,

Bilməz idim sinəm belə yanarmış,

sən öyrətdinqaytar aparistəməm!

Bilməz idim üzün belə dönükmüş,

Bilməz idim eşqin belə sönükmüş,

Sevdamıza yağış daqar da çökmüş

bilməz idimqaytar aparistəməm!

 SƏNƏ BORCLUYAM, ANA!

 Bu yazılarsətirlərbu düzümlər üçün mən

Sənə borcluyamana!

Sevgilərtitrəyişlərtəbəssümlər üçün mən

Düşüm ayaqlarına!

Damarındanqanındanəzandan nəşət aldım,

Sənə borcluyamana!

Yaxşı  varsa candacanından vüsət aldım,

Düşüm ayaqlarına!

Günəşim tanrım daeşqimodum da səndin,

Sənə borcluyamana!

Göz yaşımyaradanımsəcdəmduam da səndin,

Düşüm ayaqlarına!

Bütün dünyam sən idinsəndin gecəmgündüzüm

Sənə borcluyamana!

Yenə sənsənyalnız sənçəmənçölətrimdüzüm,

Düşüm ayaqlarına!

Sənə borcluyamana!

Sənə həsr edirəm mənbu kitabhəyatımı,

O göyərçin ruhuna

Səpib səpələyirəmən şirin bayatımı,

Sənə borcluyam ana!

Dolanımfəda olumo qara torpağına,

Düşüm ayaqlarına!

Sərilimməlhəm olumürəyinin dağına!..

 BİZ Kİ QU QUŞLARIYDIQ

İkimizə bir yuva,

İkimizə bircə dən… Bəs idi.

Qonşularımız idi yaşıl göllər.

Amma dimdiyimizə sıxılan

    “o tək damla

demə təsəlli imiş göylərdənBəs idi.

Biz kiqu quşlarıydıq.

Bizim öz mahnımız vardı,

Sədasına üfüqlər oyanardı

Biz vardıqBiz asimandaydıq.

Biz buludları yarırdıq,

qıyy vururduqyorulmayırdıq!

Günəşi çətir tutub başımız üstünə

Kimdən kiqorunduq?

Biz kiqu quşlarıydıq!…

Başımız “cənnət ağacının” budaqlarında,

üzümüz “Xədicə çiçəyi” dodaqlarında,

dilimiz üstündə buğda duası öldük.

Təəssüf yox idi ölümümüzdə,

O imiş deyirəm gördüklərimiz.

 dəryaz var idi xırmanımız,

Amanovçu!!!

İndiqov kimi bu boşluqda

Hey uçurhey uçar

Günahsız ruhumuzxəyallarımız.

Ahbiz kiqu quşlarıydıq!?.

 FIRLANQIC

 Bu balaca qız,  bu balaca gəlincikli

  bu balaca qızcığaz  məndən sonra da olacaq.

Bu balaca qızın könlünü oxşayanlar da olacaq,

Bu balaca qızın xətrinə dəyənlər  olacaq,

 Bu balaca qızısevib bəyənənlər  olacaq.

Bu balaca qız gəlin olacaqyepyekə ana olacaq.

Bu balaca qızın balacabalaca doğruçu gəlincikləri olacaq.

 Evi  olacaqvargəl edəcəkvaxt tapınca,

gizlicənə ağlayacaq. –

Divarlardan leşgərleşgər qəm yükü,

ayrılıqlar boylanacaq

Evindəəlləri belindəbir hökmüran ər  dayanacaq,

bu leşgərin üstündən elə hey quylanacaq!

Bu balaca qızbax beləcəqarıyacaqnənə olacaq.

Aman AllahBağbağçasıqönçələri,

bütün güllər solacaq!..

Bu balaca qızın toxunmayın qəlbinə!

 Bir günbir gecə,

 ömrün hansısa astanasının

 hansısa bir sonuncu pilləsində

Elə sonuncu dəfə durub dayanacaq.

 Astananın başlanğıcında   

başqa gəlincikli

başqa balaca qızcığaz                       

kəpənək donunda

qanad çırpıb fırlanacaq 

Etikxeber.az

 

Read Previous

Mehriban Əliyeva Rouz Qotemölleri qəbul etdi – FOTOLAR

Read Next

Avroliqa: “Sportinq” – “Qarabağ”: 2-0 – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir