Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verdiyimiz kimi, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, “Şərəf” və “Şöhrət” ordenli Ziyad Səmədzadəyə tanınmışların, ulduzların, məşhurların dəstək nümayişi, dəstək yağışı davam edir.
Etikxeber.az-a daxil olan məlumata görə, belə ki, fevralın 6-da, axşam saatlarında Azərbaycanın daha bir qrup tanınmış sənətçisi-Xalq artistləri, Əməkdar artistlər, mədəniyyət xadimləri Ziyad Səmədzadəyə dəstəklərini, xeyir-dualarını vermək üçün onun Seçki Qərargahına gəliblər.
Ziyad Səmədzadəyə dəstəklərini bildirmək üçün onun Seçki Qəragahına gələnlər arasında Xalq artistləri-Afrandil İsrafilov, Nurəddin Mehdixanlı, Aygün Kazımova, Zamiq Əliyev, İlqar Muradov, Aygün Səmədzadə, Eyyub Yaqubov, Zaur Rzayev, gənc və tanınmış sənəçilərdən Rəşad İlyasov, Ayaz Qasımov, Samir Cavadzadə, Günel İbrahim, tanınmış mədəniyyatşünas, professor Fuad Məmmədov və digərləri olub.
Estrada ulduzu Xalq artisti Aygün Kazımova çıxışında deyib ki, onu layiqli namizədin parlamentdə təmsil etməsini istəyir:
“Nurəddin müəllim, çox xoşuma gəldi, dediniz ki, Heydər Əliyev məktəbinin davamçısına səs verək. Mən özümü də hardasa Heydər Əliyev məktəbinin davamçısı hesab edirəm, belə sayıram…Bəli, mən əsl seçiciyəm, məhz 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində yerləşən Səməd Vuğun küçəsi-60-da yaşayıram. Böyük sevgi, böyük məmnuniyyətlə ziyalımıza, ağsaqqalımıza-Ziyad Səmədzadəyə səs verəcəyəm və bundan qürur duyacam…”.
Görüşdən videonu təqdim edirik:
Etikxeber.az