“Özümü xoşbəxt sayıram ki…”- DEPUTAT MEDALLA TƏLTİF OLUNDU – FOTOLAR

Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin (MM) deputatlarından “Parlament” medalı ilə təltif olununlar arasında Xaçmaz rayonunu parlamentdə təmsil edən millət vəkili Eldəniz Səlimov da var.

Etikxeber.az-a bununla bağlı açıqlamasında millət vəkili öncə belə bir medalla təltif olunmasından şərəf və qürur duyduğunu bildirib.

“Bildiyiniz kimi, arxada qoymaqda olduğumuz 2018-ci il Azərbaycan xalqı və dövləti üçün çox zəngin və əlamətdar hadisələrlə dolu bir oldu. Ən əsası da bu il ölkəmizdə ilk müstəqil dövlətimizin, Cümhuriyyət qurucularımızın yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 ili tamam oldu. Bununla da bağlı ölkə Prezidenti cənab İlham Əliyev ilin əvvəllində 2018-i “Cümhuriyyət İli” elan etdi, bu yöndə tarixi Sərəncam imzaladı. Həm həmin Sərəncamdan, həm də  ölkə Prezidentinin  2017-ci il 16 may tarixli Sərəncamından irəli gələrək, il ərzində bu istiqamətdə çox önəmli tədbirlər keçirildi. May ayının 27-də AXC-nin yaradılmasının, 26 iyunda Azərbaycan Milli Ordusunun yaranmasının, 15 sentyabrda Bakımızın işğaldan azad edilməsinin, 21 sentyabrda isə Müsəlman-Şərq aləmində ilk parlamentin, Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd olundu.

parad-13

axc-ilham

MM-ILHAM

26 iyunla və 15 sentyabrla bağlı paradlar təşkil edildi. Bunlar da elə hadisələrdir, nəinki günlərlə, aylarla, hətta, illərlə, bəlkə də əsrlərlə unudulmayacaq, hafizələrdən silinməyəcək möhtəşəm hadisələrdir. Şəxsən bir Azərbaycan vətəndaşı, bir millət vəkili kimi bunları yaşamaqdan, bu möhtəşəmliyin şahidi olmaqdan da qürur və iftixar hissi duyuram. Fəxr edirəm ki,  azərbaycanlıyam, Azərbaycan türküyəm və Cümhuriyyət qurucularımızın, Ümummilli Liderimiz Heydər Əliyevin qurub, yaratdıqları və İlham Əliyevin prezidentlik, LİDERlik etdiyi bir ölkənin vətəndaşıyam.

eldeniz-parad

Qeyd etdiyim kimi də, bu il, konkret olaraq, sentyabr ayının 21-də Azərbaycan Parlamentinin 100 illiyi Milli Məclisdə xüsusi və təntənəli iclasla qeyd olundu. Ölkə prezidenti çox tarixi və parlaq çıxış etdi. Bu addımların davamı olaraq da bugünlərdə parlament rəhbərliyi tərəfindən millət vəkilləri Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təsis edilmiş “Parlament” medalı ilə təltif olundu ki, onlardan biri də mənəm.

elde-paiii

Buna görə özümü çox xoşbəxt hesab edirəm. Bu, böyük etimad, böyük təltifdir. Odur ki, həm ölkə rəhbərliyinə, həm də spikerimiz Oqtay Əsədov olmaqla parlament rəhbərliyinə dərin minntdarlığımı, sonsuz şükranlarımı bildirəm. Var olsunlar və Allah Azərbaycanımızı, dövlətimizi, millətimizi qorusun”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

MEDAL-1

MEDAL-2

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Ermənistanın regionda təcridi getdikcə daha da dərinləşməkdədir – YAP RƏSMİSİ

Read Next

Bakı-Gəncə sürət qatarı işə düşdü – BU GÜN – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir