“Özümüz uzun müddət “İcma”nı Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq, indi anlayırıq ki…”-FAZİL MUSTAFADAN TURAL GƏNCƏLİYEVƏ DƏSTƏK

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması”nın rəhbəri, millət vəkili Tural Gəncəliyevin Dağlıq Qarabağ ermənilərinə müraciətinin məzmunu da siyasi cəhətdən məqsədəuyğun idi və erməni dilində müraciət də doğru diplomatik gediş idi. Hər şeyi erməninin üstünə atmaqla iş bitmir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Qeyd edib ki, özümüz uzun müddət bu qurumu Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq, indi anlayırıq ki, bu itirilən vaxt nə qədər zərərimizə işləyib.

“Söhbət ondan getmir ki, Tural Gəncəliyev fövqəladə bir şeylər etməya nail olacaq. Bunu gözləməyə də əsasımız yoxdur. Ən azı beynəlxalq auditoriyaya vaxtaşırı müraciət etməsi, azərbaycanlı icmanın varlığı barədə təsəvvürü genişlətməsi də böyük əhəmiyyət daşıyır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Narkotik asılılıq beyin xəstəliyidir”-RAQİF ALLAHVERDİNİN YAZISI

Read Next

“Dövlətçi xalq, dövlət xalqı ilk növbədə özünə, öz potensialına güvənməldir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir