“Özünə hörmət edən heç bir siyasətçi buna razılaşmaz…” – POLİTOLOQ

Türkiyədə hakimiyyətdə Ərdoğan yox,  bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələr barədə məxfi məlumatlar çatdırılsaydı, o da daxili işlər nazirinə “bələdiyyələrlə bağlı tədbir görün” əmrini verəcəkdi. Mənim buna şübhəm yoxdur. Əks halda gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Bəzi dostlarımız Türkiyənin indiki hakimiyyətindən və Cumhurbaşqanından xoşları gəlmir deyə 3 şəhərin bələdiyyə başçısının işlərindən uzaqlaşdırılmasını sərt təndiq edir və bunu demokratiyaya müdaxilə adlandırırlar. Türkiyədə demokratiya ilə bağlı suallar bəlkə də başqa sahələrdə yarana bilər, ancaq terror və terrorçularla mübarizə “demokratiya sıxışdırılır” məntiqinə uyğun deyil”-deyən, politoloqun sözlərinə görə,  Türkiyə 1980-ci illərdən bu yana terror bəlasından qurtulmaq istəyir.

O, deyib ki, dünyanın ən demokrarik ölkəsində də terrorçulara maliyyə və texnik dəstək verən qurumun və ya rəsminin fəaliyyətini davam etdirməyə imkan verməzdilər. Demokratik yolla seçilmiş bələdiyyə başçısı hələ ona toxunulmazlıq hüququ vermir.

“Bəzi dostlarım sual edir ki, terrorçulara dəstək şübhəsi var idisə niyə bələdiyyə seçkilərindən əvvəl onların namizədlikləri qeydiyyata alınırdı və sonra Mardin, Van v Diyarbəkir bələdiyyə başçılarına möhürlər verildi? Bu sualn cavabı da sadədir.

Çünki möhür almamışdan əvvəl onlar hələ bələdiyyə başçıları deyildilər və hələ bələdiyyə başçısı səviyyəsində terrorçulara dəstəyə göz yumamışdılar. Neqativ hallar onların bələdiyyə başçısı dönəmində qeydə alındı. Ona görə də vəzifələrindən uzaqlaşdırıldılar.

Türkiyədə hakimiyyətdə Ərdoğan yox, bir başqası olsaydı və ona da bələdiyyə başçılarının terrorçu PKK ilə əlaqələr barədə məxfi məlumatlar çatdırılsaydı, o da daxili işlər nazirinə “bələdiyyələrlə bağlı tədbir görün” əmrini verəcəkdi. Mənim buna şübhəm yoxdur. Əks halda gərək PKK-nın şəhərlərdə gücünün artmasına göz yumasan. Buna isə Türkiyədə özünə hörmət edən heç bir siyasətçi razılaşmaz”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Təhsil Nazirliyinə sərt ittihamlar – PƏNAH HÜSEYNDƏN

Read Next

“Relax” iki siyasətçini-sabiq deputatı qarşı-qarşıya gətirdi: VÜQAR RƏHİMZADƏ ƏLİ KƏRİMLİNİ İTTİHAM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir