Özündən sonra həyat yoldaşına da cinayət işi açıldı – RAİSA ATAMBAYEVA İDDİALARI RƏDD EDİR

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, o, hakimlərə təzyiq göstərməkdə ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Etikxeber.az

Read Previous

“Qarabağ” Premyerliqanın yeni mövsümünə – QƏLƏBƏ İLƏ BAŞLADI – FOTO

Read Next

“Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır” – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir