“Özünü Azərbaycanın Rusiyadakı səfirindən daha çox, Azərbaycana düşmən ölkələrin səfiri kimi aparır! Artist ki, artist!”-RÜSTƏM BEHRUDİ POLAD BÜLBÜLOĞLUNU SƏRT TƏNQİD ETDİ

Tanınmış şair Rüstəm Behrudi Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu sərt tənqid edib.

Etikxeber.az-ın xəbərinə görə, R. Behrudi bunları qeyd edib:

“Polad Bülbüloğlu özünü Azərbaycanın Rusiyadakı səfirindən daha çox, Azərbaycana düşmən ölkələrin səfiri kimi aparır! Artist ki, artist!

Platon deyirdi ki, şairləri dövlət işlərinə yaxın buraxmaq olmaz! Çünkü onların düşüncələri həmişə məntiqdən uzaq olur!

Artist ki, artist! “Rusiya sizə çörək verir” məntiqi ilə düşünən belə bir adamın səfir olması gülməli olduğu qədər ağlamalıdı!”

Qeyd edək ki, P. Bülbüloğlunun son olaylarla bağlı Rusiyada yaşayan azərbaycanlılara məlum müraciətindəki “Rusiya sizə çörək verir” sözləri Azərbaycan cəmiyyətində birmənalı qaşılanmayıb, etirazlara səbəb olub.

Etikxeber.az

Read Previous

“Bizim səfirlərin bəziləri xaricə sanki işləməyə yox, istirahətə gediblər…”-SABİQ DEPUTATDAN BƏZİ DİPLOMATLARA KƏSKİN İTTİHAMLAR

Read Next

Daha 8 ölüm-DAHA 321 YENİ YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir