“Özünü müsəlman hesab edənlərin Ermənistanla dostluğa haqqı yoxdur” – DEPUTAT

Prezident İlham Əliyevin “ Valday” Beynəlxalq Diskussiya Klubunda “ Qarabağ Azərbaycanındır!” nidasını səsləndirməklə bu məsələni milli ideya və hərəkata çevirdi. Eyni zamanda, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə dövlətimizin başçısı Ermənistan dövlətinin mahiyyətini bir daha ifşa etdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Zirvə görüşündə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar məsələ müzakirə olundu.

Onun sözlərinə görə,  Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiklərindən və ən əsası Bakı neftinin müharibədə oynadığı roldan danışılaraq, qələbədə Azərbaycanında mühüm rolu olduğunu qeyd edilib.

“Lakin Ermənistanda isə faşist cəlladı, faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qaregin Njde “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” şüarı ilə Böyük Vətən müharibəsində faşizmə xidmət etmişdir. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar.

Paşinyan isə həmşəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sənədlərində müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur. Bütün bunlar göstərir ki, Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur”-deyə, deputat qeyd edib.

Millət vəkili istər Soçidə-“Valday”da, istər Aşqabad Sammitində, istərsə də öz işini çox uğurla başa çatdırmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı – VII Zirvə Görüşündə Ermənistana, işğalçı və təcavüzkar dövləti on illərdir Azərbaycana qarşı körükləyənlərə, onların açıq və gizli himayədarlarına böyük, güclü və sarsıdıcı siyasi-diplomatik zərbələrin endirildiyini sözlərinə əlavə edib.

O, qeyd edib ki, əgər “Valday” kimi nüfuzlu platformada bir araya gələn dövlət, hökumət başçıları, nüfuzlu politoloqlar, siyasətşünaslar, eləcə də, Aşqabad Sammitində iştirak edən digər üzv dövlətlərin başçıları və rəsmiləri Azərbaycan  prezidenti tərəfindən tuturlı faktlarla, sərrast arqumentlərlə Ermənistanın ifşasını dinləməklə, seyr etməklə kifayətləndilərsə,  ancaq Bakı Zirvəsində daha da irəliyə gedildi, Qarabağ məsələsində  Azərbaycana bir daha və əsl həmrəylik, açıq dəstək ifadə olundu.

zirva-3

pas-pas-ilya

soçi-3

“İstər Zirvə öncəsi keçirilən ikitərəfli görüşlərdə, istərsə də Zirvə zamanı çıxış edən bütün dövlət və hökumət başçıları, rəsmilər Qarabağ məsələsində daim Azərbaycanın yanında olduqlarını, onu dəstəklədikləri, münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ,sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində  həllinin mümkünlüyünü ifadə etdilər. Bunu istər cənab Ərdoğan, istər cənab Orban, istər  cənab  Mirziyoyev, istər cənab  Nazarbayev, istər cənab Jeenbekov, istərsə də digər rəsmilər öz çıxışlarında açıq və birmənalı şəkildə ifadə etdilər.

Konkretləşdirməli olsaq, məsələn Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycanla həmrəylini ifadə edərək, bildirdi ki, milli mübarizələrdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur.

O, “Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir” – deyərək, Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əllərindən gələn səyləri göstərməyə davam edəcəklərini bəyan etdi.

ELDENİZ-QARDAS

Qeyd etdiyim kimi, digər çıxışlarda da eyni mövqe nümayiş etdirildi, Qarabağın Azərbaycanın olduğu  və bu faktı, reallığı kimsənin dəyişdirə bilməyəcəyinin altı cızılmış oldu.

Həmişəki kimi, növbəti çıxışında da Qarabağ məsələsinə geniş yer ayıran cənab prezident isə “Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”-deyərək, həm düşmənlərimizə, həm əleyhdarlarımıza, həm də digərlərinə, ikili oyun oynayan bəzi müsəlman dövlətlərinə xəbərdarlıq etmiş, mesaj vermiş oldu. Bu mesaj da çox əminəm ki, digər mesajlar kimi, tezliklə öz hədəflərinə çatacaq və əsaslı mövqe dəyişikliklərinə gətirib çıxaracaq, Ermənistanın ifşası prosesinin növbəti mərhələlərdə də davam etdirilməsində öz müsbət rolunu oynayacaq, öz müsbət töhfəsini verəcək. Çünki özünü müsəlman hesab  edən, özünü müsəlman adlandıran heç bir toplumun, dövlətin İslam dəyərlərinə açıq-aşkar qənim kəsilən Ermənistanla dost olmağa, əlaqələr qurmağa, əməkdaşlıq etməyə haqqı yoxdur.

Odur ki, Soçidən, Aşqabaddan sonra Ermənistan, avantürsist Paşinyan hakimiyyəti, antiAzərbaycan ermənipərəst dairələr  Bakı Zirvəsində özlərinin növbəti ifşasının şahidi oldular, özlərinin növbəti sarsıdıcı zərbələrini aldılar və çətin ki, bu zərbələrin təsirindən tezliklə ayılalar…”-deyə, E. Səlimov sonda qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Pirşağı, Nardaran, Bilgəhdə qazda hər hansı dayandırma olmayacaq – “AZƏRİQAZ”

Read Next

Milli Məclisin nümayəndə heyəti Serbiyada dünya parlamentarilərinə müraciət etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir