Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlak açıq hərracda satılacaq.
Etikxeber.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib.
Sənəddə özünüməşğulluğa cəlb olunmuş şəxsdən əmlakın hansı hallarda geri alınması və açıq hərracın təşkilinə dair prosedur əksini tapıb.
Qeyd edək ki, Özünüməşğulluq Proqramına cəlb edilmiş şəxslər təlimlərə cəlb edilir. Daha sonra müvafiq mərhələni keçən şəxslər bizneslərini, təsərrüfatlarını yaratmaq üçün dövlət büdcəsi vəsaiti hesabına aktivlərlə təmin edilirlər.
Etikxeber.az