“Özünüzü qoyurun, evdə qalın ki, bir aydan sonra bu cür həzz duyğularını sizlər də doyasıya yaşaya biləsiniz”-FAZİL MUSTAFADAN MƏSLƏHƏT

Koronavirusda dövründə evlərə qapanaraq yaşadığımız günlərin əhval-ruhiyyəsinə uyğun gələn iki əsəri xatırladım. Birincisi, Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım!” əsəri. Bunun filmi də çəkilib, həm də Bakıdakı neft mədənlərində çəkilib. Əsərin inqilabi fəaliyyətinə görə polis təqibindən təqibdən gizlənməkdə olan qəhrəmanını bir yandan da çöldə küçə iti qapır və buruqların arasındakı qazma daxmada 40 günlük quduzlaşma ehtimalının psixoloji sarsıntısı altında onun yaşam mübarizəsi təsvir olunur.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini Fazil Mustafa yazıb.

“İkincisi isə italyan yazarı Dino Buttsatinin “Tatar çölü” əsəridir. Onu da dilimizə çevirmişlər. Savaş qorxusu altında qarşıdakı düşmən səngərinə lağım atan və hər an həyəcan içində olan leytenantın keçirdiyi psixoloji anlar təsvir olunub. Sonda hər iki əsərdə də bu qədər sarsıntının absurd olduğu üzə çıxır. Özünüzü qoyurun, evdə qalın ki, bir aydan sonra bu cür həzz duyğularını sizlər də doyasıya yaşaya biləsiniz. Çünki bu əsərlərin qəhrəmanları da birisi qazma daxmada, digəri isə qapalı səngərdə bu absurdun tamamlanmasını gözləyirdi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

41 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

“Torpaqlarımızın tam azad ediləcəyi inamı böyükdür və…”-AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir