Pəhləvan cüssəli…Vətən sevdalısı…İki bacının tək qardaşı-ŞƏHİD RZA XANBABA OĞLU… – FOTOLAR

Rza Xanbaba oğlu Məmmədov…

İkinci Qarabağ Savaşının, İkinci Vətən Müharibəsinin iştirakçısı və ilk Şəhidlərindən biri…

2001-ci ilin 20 noyabr təvəllüdlü, doğumlu, iki bacının tək qardaşı…

Pəhləvan cüssəli Vətən sevdalısı…

Əslən Şamaxılı, Göylərli

Hərbi xidməti cəmi 9 ay çəkib…

İkinci Vətən Müharibəsinin elə ilk günü-sentyabrın 27-də Füzuli uğrunda ağır döyüşlərə atılıb və qəhrəmanlıqla, igidliklə Şəhid olub…

Doğulub boya-başa çatdığı Göylər qəbiristanlığında torpağa tapşırılıb…

Yaşasaydı, sağ qalsaydı, bu ay 19 yaşı tamam olacaqdı…

Ruhun şad, məkanın cənnətlik olsun, Şəhidim!

Qanın yerdə qalmır və qalmayacaq!

Allah rəhmət etsin, əzizlərinə, valideynlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Şamaxı-Göylərli-Bakı, 5 noyabr 2020-ci il

Etikxeber.az

Read Previous

“Azərbaycan xalqı iki mənfur düşmənə- koronavirusa və bu virusdan da amansız olan erməni təcavüzkarlarına qarşı mübarizə aparır ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib…”-MN cəbhədə noyabrın 7-nə olan son vəziyyət haqqında-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir