PA-nın yeni rəhbəri – “CABBAROVUN KADRI” SAMİR NURİYEV OLDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Ölkə Prezidenti Samir Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Samir Nuriyev həmçinin,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) rəhbəri təyin edilib.

Bu barədə  də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışıb, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində.

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.

***

mikayıl-ilya

Qeyd edək ki, yeni PA rəhbərinin bugünlərdə səlahiyyətləri genişləndirilən və İqtisadiyyat naziri təyin edilən Mikayıl Cabbarovun kadrı olduğu bildirilir.

Belə ki, PA rəhbəri ilə M. Cabbarov uzun müddət bir yerdə çalışblar.

Onlar əvvəlcə keçmiş İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) bir yerdə işləyiblər.

M. Cabbarov 2002-2009-cu illərdə həmin nazirlikdə nazirin müşaviri, sonra nazir müavini, S. Nuriyev isə 2006-cı ildən 2009-cu ilə qədər  adıçəkilən nazirliyin Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

Daha sonra hər iki şəxs başqa bir yerdə və 4 il birgə çalışıblar.

S. Nuriyev 2009-ci ilin martında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin olunan M. Cabbarovun müavini vəzifəsinə irəli çəkilib.

2013-ci ildə M. Cabbarov təhsil naziri, S. Nuriyev isə Qoruq İdarəsinin rəisi təyin edilib…

Etikxeber.az

Read Previous

Millət vəkili və YAP rəsmisi – ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏN YAZDI

Read Next

Fətəliyeva – ÖZÜ, QAFAROVA VƏ SEYİDOVLA BAĞLI MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir