“…Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq…”-MƏHƏMMƏD ŞAHBAZ ŞƏRİF – YENİLƏNİB

Torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

Baş nazir deyib ki, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu.

***

Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir.

Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

Baş nazir əlavə edib ki, Qarabağın incisi Şuşada, Xankəndi, Füzuli, Laçında və azad edilmiş bütün digər ərazilərdə yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır.

Etikxeber.az

Read Previous

“Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir”-deyən TÜRKİYƏ PREZİDENTİ HƏRBİ PARADDA MƏMMƏD ARAZIN ŞEİRİNİ SÖYLƏDİ – YENİLƏNİB

Read Next

Azadlıq meydanında son beş ildə ikinci-HƏRBİ PARAD KEÇİRİLİB – ƏLİYEV, ƏRDOĞAN VƏ ŞƏRİF ÇIXIŞ EDİBLƏR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir