Pakistanda oteldə yanğın: 11 ölü, 75 yaralı

Pakistanda oteldə yanğın qeydə alınıb.

Etikxeber.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, səhər saatlarında Pakistanın şimalında, Karaçi şəhərində yerləşən “Regent plaza” adlı otelin birinci mərtəbəsində yanğın baş verib. Yanğın zamanı 11 nəfər ölüb, 75 nəfər isə müxtəli dərəcəli yanıq yaraları alıblar. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriblər.

Yanğın otelin mətbəxindən başlayıb və qısa müddət ərazində yuxarı mərtəbələri də əhatə edib.

Hadisədə zamanı oteldə yerləşən bəzi müştərilər özlərini aşağı atmaq qərarına gəliblər. Tüstü bütün binanın girişini tamamilə tutduğu üçün müştərilər belə məcburiyyət qarşısında qalıblar.

Karaçi bələdiyyə sədri Vasim Ahtarın verdiyi məlumata görə, yanğının başvermə səbəbi hələlik müəyyənləşdirilməyib, eləcə də hadisə baş verdiyi anda yanğın barədə xəbərdarlıq siqnal işə düşməyib.

Etikxeber.az

 

Read Previous

Metropoliten “Made in Azerbaijan” brendinin yaradılmasına öz töhfəsini verəcək

Read Next

Xüsusi yerlərdən kənarda sifariş qəbul edən taksilər cərimələnəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir