Pakistandan Hindistanın baş nazirinin təyyarəsinin uçuşuna yasaq…

Rəsmi İslamabad Hindistanın baş nazirinin olduğu təyyarənin üçüncü ölkəyə uçması üçün Pakistanın hava məkanından istifadəyə icazə verməyib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi açıqlama yayıb.

Pakistanın “Aaj” telekanalı bildirir ki, İslamabadın mövqeyinə görə, belə bir qərar Hindistanın Cammu və Kəşmir bölgələrində törədilən “insan haqlarının kobud şəkildə pozulması” ilə əlaqədar qəbul edilib.

Bu məlumat əsasında Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfinə müvafiq yazılı bildiriş göndərmək niyyətindədir.

Bildirilir ki, Hindistan buna qədər baş nazirin təyyarəsinin keçə bilməsi üçün Pakistana müraciət də ünvanlamışdı.

Etikxeber.az

Read Previous

“YAP etimad göstərsə…” – TAHİR RZAYEV

Read Next

Büdcə müzakirələri – GƏLƏN HƏFTƏDƏN BAŞLAYIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir