“Palatanı göz yaşlarımızı silərək tərk etdik…”-TAHİR RZAYEV VƏ AZƏR BADMOV YEVDA ABRAMOVUN SON GÜNLƏRİNDƏN DANIŞDILAR

Yevda müəllimlə vidalaşdıq. Yaxşı bir insanı, səmimi dostu, sədaqətli vətəndaşı itirdik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

“Bir neçə gün əvvəl dostum Azərlə xəstəxanaya ona baş çəkməyə getmişdik. Çətinliklə danışırdi.Hiss etdik ki, ömrünün son saatlarıdır, təskinlik verməyə çalışdıq. Güc tapıb qayğı və diqqət üçün ölkəmizin rəhbəri İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi”– deyən millət vəkilinin sözlərinə görə, o,  eyni zamanda, Azərbaycanı, azərbaycanlıları ürəkdən sevdiyini dilə gətirib.

“Göz yaşlarını saxlaya bilmirdi.

Ancaq qürurlu idi.

Dostlara salam göndərdi.

Ondan ayrılmaq çətin olsa da, biz də palatanı göz yaşlarımızı silərək tərk etdik.

Ölümə çarə yoxdur, ancaq Yevda müəllim kimi şərəflə yaşayıb ölənlər ölmürlər, ölümü öldürür, həyatlarını güldürürlər…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

“Azərbaycanı öz canından çox sevən ictimai-siyasi xadim, dostum və həmkarım Yevda Abramovun vəfatı xəbəri məni çox kədərləndirdi. Kişilik, mərdlik, sözünü üzünə demək, vətənə sevgi Yevda müəllimin həyat tərzi idi.

Yevda müəllim deyərdi ki, “Azər, mən Azərbaycanda tək yaşayıram, övladlarım xaricdədirlər. Çıxışlarımda heç vaxt şəxsi marağım yoxdur. Çıxışlarımdakı bütün emosiyalar vətənimi və prezidentimi sevdiyimdəndir”.

Onu da deyərdi ki, “İstəyirəm torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan daha möhtəşəm görünsün”.

Bir az öncə onu dəfn etdik, son mənzilə yola saldıq. Məkanı cənnətlik olsun, Allah rəhmət eləsin!”.

Bunu isə digər millət vəkili Azər Badamov deyib.

Etikxeber.az

Read Previous

Yevda Abramov – DƏFN OLUNDU – BU GÜN

Read Next

GÜC OLMAĞIN TƏK YOLU – Rafael Hüseynov yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir