“Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir və həvəsləndirmək üçün polislərə də əlavə vəsait ödənilsin”-NAQİF HƏMZƏYEV

Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəs birlik oldu, yenilməzlik nümayiş etdirdi.

Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı polis əməkdaşları da fədakar fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev cərimələrin təyin edilməsinə polislərin cəlb edilməsi ilə bağlı bildirib:

“Pandemiya dövründə ağır iş şəraitində işləyənlərdən biri də polislərdir. Təklif edərdim ki, həvəsləndirmək üçün polislərə də əlavə vəsait ödənilsin”.

Qanunu ən çox pozanların gənclər olduğunu diqqətə çatdıran N. Həmzəyev layihədə nəzərdə tutulan məbləğin tələbə və gənclər üçün olduqca yüksək olduğunu da diqqətə çatdırıb.

Bu baxımdan təklif edib ki, cərimələrin miqdarı azaldılsın.

Millət vəkili eyni zamanda, maskaların əlçatan olması üçün apteklərlə yanaşı marketlərdə satılmasını təklif edib.

Etikxeber.az

Read Previous

168 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

“İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil…”-Prezident – Asiya İnkişaf Bankının təşəbbüsü ilə İlham Əliyevlə videokonfrans-KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir