“Pandemiya şəraitində rəqəmsal bərabərsizlik probleminin şagirdlərə, həm də əyani təhsil alan tələbələrə yaratdığı çətinlikləri minimuma endirmək üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi proqram layihəsinin hazırlanması çox yaxşı olardı…”-MİLLƏT VƏKİLİNDƏN MARAQLI TƏKLİFLƏR

Azərbaycanda son illər ərzində təhsilin inkişafı, məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması, güclü kadr potensialının formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu islahatların başlıca məqsədi ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq, savadlı, geniş intellektual imkanlara malik, vətənpərvər nəslin yetişdirilməsidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 15 ildə Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib.

Məlumat üçün diqqətinizə çatdırmaq istərdim ki, bu günlərdə Sabirabad rayonu Qaragünəy kənd 1 saylı orta məktəbi üçün modul tipli yeni tədris korpusunun inşasına başlanılıb. 1935-ci ildə tikilmiş məktəb binası tamamilə köhnəldiyindən, yeni binanın inşa olunmasına ehtiyac yaranmışdı. Mən fürsətdən istifadə edərək, bu təşəbbüsə dəstək verən bütün dövlət qurumlarına seçicilərim adından dərin minnətdarlığımı ifadə etəmək istərdim.

Etikxeber.az xəbər verir ki, bunu deputat Ramin Məmmədov deyib.

“Mən həm təhsil ictimaiyyətini, həm də seçiciləri ciddi şəkildə narahat edən bir məsələ barədə fikirlərimi çatdırmaq istərdim. Məlum olduğu kimi, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər məsafədən təhsil sisteminin tətbiqini zərurətə çevirib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə əyani tədrisin dayandırılmasından sonra bir sıra bölgələrdə şagirdlər distant tədris imkanından da tam şəkildə faydalana bilmir. Bu, bəzi ucqar kəndlərdə internetin olmaması, yaxud internetin ötürülmə keyfiyyətinin tələblərə cavab verməməsi ilə bağlı olub”-deyən millət vəkili sonra bunları bildirib:.

“Bu gün bütün dünyada “rəqamsal bərbarəsizlik” qlobal bir məsələ kimi müzakirə olunur. Davos İqtisadi Forumunun 2021-ci ilin Qlobal Risklər Hesabatında bu barədə çox əhəmiyyətli mesajlar əksini tapıb. Dünya üçün ən ciddi qısamüddətli təhdidlər siyahısında beşinci yeri tutan “Rəqəmsal bərabərsizlik” problemi Azərbaycana da təsirsiz ötüşməyib. Rəqəmsal bərabərsizlik, informasiya bərabərsizliyi minlərlə şagirdin pandemiya şərtlərində digərləri ilə bərabər səviyyədə normal təhsil almaq imkanından məhrum edib. Təmsil etdiyim Sabirabad rayonunun bəzi kəndlərində də bu problem mövcuddur.

Azərbaycan internet azadlığının ən yüksək səviyyədə təmin olunduğu ölkələrdən biridir. Bu baxımdan, hesab edirəm ki informasiya kommunikasiya texnolologiyalarına əlçatanlığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac yaranıb. Bu məsələdə xüsusilə pandemiyanın əyani təhsilə yaratdığı məhduddiyyətlərin mümkün nəticələrini nəzərə almaq vacibdir.

Təklifim ondan ibarətdir ki, pandemiya şəraitində rəqəmsal bərabərsizlik probleminin şagirdlərə, təbii ki, həm də əyani təhsil alan tələbələrə yaratdığı çətinlikləri minimuma endirmək üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi proqram layihəsinin, bu dövlət proqramı layihəsi də ola bilər, hazırlanması çox yaxşı olardı. Bu problemi tamamilə aradan qaldırmaq əlbəttə ki, çox çətindir. İnformasiya kommunikasiya texnologiyalarına çıxışı çətinləşdirən coğrafi amillər, kommunikasiya, logistika problemləri var. Lakin hesab edirəm ki, onun təsirlərinin minimuma endirilməsi mümkündür”.

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası-FAZİL MUSTAFA “QANUNSUZ EVLƏR”LƏ, QÜDRƏT HƏSƏNQULİYEV “YAŞAT”-LA BAĞLI TƏKLİF SƏSLƏNDİRDİ, ZAHİD ORUC “HƏRBİ QƏNİMƏTLƏR PARKI”NDAN DANIŞDI… – YENİLƏNİB – (4)

Read Next

Mingəçevirdə növbəti-“ŞƏHİD BULAĞI”NIN, HƏMÇİNİN, ŞƏHİDLƏR – ƏRZUMAN OSMANOVLA FUAD ƏLİYEVİN BARALYEFLƏRİNİN AÇILIŞI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir