“Pandemiyanın çətinliklərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq…”-MİLLƏT VƏKİLİ

Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə qayğısının daha bir nümunəsidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

“Bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər. Bu gün koronavirus pandemiyasının qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial layihələr uğurla davam etdirilir. Cənab Prezident dəfələrlə qeyd edib ki, pandemiyanın çətinliklərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq”-deyən millət vəkilinin sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün yeni müasir tipli yaşayış kompleksinin istifadəyə verilməsi də bu siyasətin əyani göstəricisidir.

“Bütövlükdə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həll olunmasıdır. Bununla bağlı dövlətimizin başçısı tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə qayğısının daha bir nümunəsidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın Avrasiya İqtisadi Birliyində müşahidəçi kimi iştirakı faydalı olardı”-ƏLİ HÜSEYNLİ

Read Next

Nazirlər də, icra başçıları da… vəzifəyə başlayarkən, “Quran”a and içsinlər, “Quran”a əl bassınlar…-SABİQ DEPUTATDAN TƏKLİF-YAZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir