“Panikaya, ajiotaja əsas yoxdur, amma…” – JALƏ ƏLİYEVA MEDİAYA SƏSLƏNDİ

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva parlamentin plenar iclasında koronavirus təhlükəsinin önlənməsi ilə bağlı dövlət və hökumət rəhbərliyinin atdığı addımların təqdirəlayiq olduğunu bildirib.

Etikxeber.az-ın xəbərinə görə, J.Əliyeva eyni zamanda, bu təhlükəyə qarşı mübarədə milli həmrəyliyə ehtiyac olduğunu bildirib.

Qeyd edib ki, kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq, hər bir kəs bu məsələdə birgəlik, həmrəylik nümayiş etdirməli, ortaya qoyulan qaydalara, qərarlara əməl etməlidirlər.

Komitə sədrinin müavini həmçinin, media mənsublarına müraciət edib və onları düzgün məlumatlar yaymağa, maarifləndirmə işləri aparmağa çağırıb.

J. Əliyeva bununla belə, panikaya, ajiotaya əsas olmadığını diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqası və Avropa Liqası iyunun axırınadək-TƏXİRƏ SALINDI

Read Next

“Koronavirusun yaratdığı problemlərlə əlaqədar sahibkarlara dəstək üçün təkliflər hazırlanır” – NAZİRLƏR KABİNETİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir