Paolo Centiloni İlham Əliyevlə görüşəcək

Bu gün İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycana rəsmi  ikigünlük rəsmi səfərə gəlir.
Bu barədə Etikxeber.az-a XİN mətbuat xidmətindən məlumat verilib.
XİN-dən bildirilib ki,İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
İtaliya xarici işlər naziri Azərbaycana  günun ikinci yarısında gələcək və bu gün onun Azərbaycan dövlət başçısı İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşlərı nəzərdə tutulur.
İtaliyalı nazirin Bakıda digər rəsmilərlə də görüşü nəzərdə tutulub.
 İtaliyalı nazir Azərbaycan Gürcüstandan gələcək.
Noyabrın 8-də Azərbaycanda səfərini başa vuran italiyalı nazir  İrəvana  gedəcək.
İtaliyalı nazirin  Bakıda keçirdiyi görüşlərdə iki ölkə arsında əlaqələrin daha da genişləndirilməsi, regional və beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq fəaliyyəti, həmçinin regiondakı durum və  Ermənistan-Azərbaycan arasındakı münaqişə ətrafında gedən danışıqlar məsələsi müzakirə olunacaq.
 Etikxeber.az

Read Previous

“Twitter”in fəaliyyətində problem yarandı

Read Next

Boksçu rinqdə dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir