Papiros və siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsinin qarşısı alındı – FOTO

Papiros və siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Etikxeber.az-a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz MI 320” markalı avtomobilə gömrük baxışı keçirilib.

siqara

Bu zaman nəqliyyat vasitəsinin arxa sağ qanadının altında 2025 “Belomorkanal” markalı papiros və avtomobilin alt hissəsindəki hər iki ramanın içərisində 16 min “Heets” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Daha bir əsgərimizi itirdik…

Read Next

Güclü külək bəzi şəhərətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaratdı – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir