Paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start verilir – BU GÜN

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək.

Etikxeber.az  xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edəcək. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatamiyə çıxacaq.

Yarışa mayın 14-də yekun vurulacaq.

Qeyd edək ki, Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Etikxeber.az

Read Previous

Onlayn xidmət formasında psixoloji yardım xidməti təşkil olunacaq

Read Next

Seçki komissiyalarının 500-dək üzvü səslərin hesablanmasından sonra öldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir