“Paris Sen-Jermen” tarixində ilk dəfə Çempionlar Liqasının-FİNALINDA

 Futbol üzrə UEFA Çempionlar Liqasının ilk yarımfinal mərhələsinə start verilib.

Etikxeber.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Almaniyanın “Leyptsiq” klubu Fransanın “Paris Sen-Jermen” komandası ilə qarşılaşıb.

Lissabonda “Estadio da Luiz” stadionunda təşkil olunan görüş fransızların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Paris Sen-Jermen” klubunun heyətində Anxel Di Mariya, Markinyos və Xuan Bernat fərqləniblər.

Bu qələbə sayəsində “Paris Sen-Jermen” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb.

Yarımfinal mərhələsinin digər oyunu bu gün Almaniyanın “Bavariya” və Fransanın “Lion” klubları arasında olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Etikxeber.az

Read Previous

“Ötən 23 ildə vasitəçilər öz üzərlərinə düşən missiyanı təəssüf ki, yerinə yetirməyiblər…”-JALƏ ƏLİYEVADAN KƏSKİN ETİRAZ

Read Next

“Böyükləri heç buna vadar etmək olmur, o ki qaldı uşaq və yeniyetmələri…”-SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir