Paris Sülh Forumu başlayır – BU GÜN

İlk Paris Sülh Forumu Fransa paytaxtının “La Grande de la Villette” böyük zalında keçiriləcək.

Forumda əməli nəticələrə nail olmaq üçün ideya və təşəbbüslərin innovativ formatda müzakirə olunacağı və daha da inkişaf etdiriləcəyi debatlar, beynəlxalq təşkilatların və fərdlərin təqdim etdikləri və qlobal idarəetmə layihələri üzrə çağırışlardan sonra seçilmiş həllər, rəqiblər və bələdçilərin əməkdaşlığı ilə maliyyə məlumatları şəffaflığına dair birgə kompüter proqramlaşdırmasına həsr edilmiş üç məkanda iş aparılacaq.

Etikxeber.az xəbər verir ki, Azərbaycan ilk Paris Sülh Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Nümayəndə heyətimiz Forumun açılışında və müzakirələrdə iştirak edəcək.

Forumun noyabrın 11-də günün ikinci yarısında baş tutacaq açılış mərasimində Fransa Prezident Emmanuel Makron, Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş çıxış edəcəklər.

ABŞ Prezidenti Donald Trump Foruma qatılmayacağı bildirilir. Açılış mərasimində ümumilikdə 85 dövlət və hökumət başçısının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Onların arasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Paris Sülh Forumu sadə ideyaya əsaslanan illik tədbirdir və beynəlxalq problemlərin həlli platforması kimi çıxış edir. Burada dünyanın müxtəlif ölkələrindən 850 müraciət üzrə sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi beş istiqamətdə 120 təşəbbüs və layihə ətrafında müzakirələr aparılacaq. Forum bu tip layihələrə dəstək və potensial tərəfdaşlarla qarşılıqlı fəaliyyət təklif edir. Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək ikinci Forumadək xüsusi dəstək veriləcək.

Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü olan Forum müstəqil assosiasiyalar, Kerber Fondu, Mo İbrahim Fondu, Fransa Beynəlxalq Əlaqələr İnstitutu, Montaigne İnstitutu, Siyasi Elmlər İnstitutu və Avropa və Xarici İşlər Nazirliyi tərəfindən təsis edilib, qeyri-hökumət təşkilatları və beynəlxalq donorlar tərəfindən maliyyələşir.

Paris Sülh Forumu üç gün davam edəcək.

Etikxeber.az

Read Previous

Meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatdı…

Read Next

Azərbaycanda Konstitusiya günü qeyd olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir