Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aprelin 10-da saat 19:00-da “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında Özbəkistan istehsalı olan “Çimıldık” filminin qala-gecəsi keçiriləcək.
Etikxeber.az xəbər verir ki, ilk dəfə olaraq Özbəkistandan Azərbaycana filmlərini təqdim etməyə gələn ulduzlar ilə təntənəli görüş baş tutacaq.
“Park Cinema”dan verilən məlumata görə, qala-gecədə aktyorlarla söhbət etmək, “selfie” çəkdirmək, eləcə də filmi birgə izləmək fürsəti olacaq.
Tədbirdə həmçinin sevilən ifaçı Dadaxon Obidov məşhur mahnılarını ifa edəcək.
Ekran əsərinin süjet xəttinə gəlincə, Tahir və Zührə boşanmaq istəsələr də, hər səhər sirli şəkildə toy çadırında – çimıldıkda oyanırlar.
Bu hadisənin səbəbini anlamaq və bütün sirləri açmaq üçün onlar əllərindən gələn hər şeyi edirlər.
Hətta ekstrasensə müraciət edirlər…
Qala-gecəyə və konsertə biletlər artıq satışa çıxarılıb.
https://iticket.az/en/events/cinema/gala-night-cimildik/148063
Etikxeber.az