“Parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılması xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək”-ƏLİYEV TATARLA TELEFON SÖHBƏTİNDƏ BELƏ DEDİ

Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dövlət başçısı parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır”-XİN

Read Next

Bərdəli Aprel döyüşləri Şəhidi, bir övladı Vətənə əmanət qalan-SƏBUHİ MUSAYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir