Parlament büdcə müzakirələrinə start verdi

Son illərdə neftin kəsikn surətdə azalması Azərbaycanın büdcə gəlirlərinə öz mənfi təsirini göstərməklə yanaşı, büdcə kəsirlərinin artmasına da təsir edib.
Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin birgə komitlərinin iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son illərdə neftin qiymətinin azalması dünya iqtisadiyyatına təsir etdiyi kimi, Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.
“Ancaq ölkə başçısının düşünülmüş siyasəti nəticəsində bu təsirlərin Azərbaycan iqtisadiyyatına təsirləri minimuma endirilib.  Bu böhranın dərinləşməsinin qarşısını almaq -yəni, real və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə islahatlar həyata keçirilməkdədir”– deyə, komitə sədri vurğulayıb.
O, əlavə edib ki,  dünya və ölkə iqtisadiyyatında baş verən proseslər 2017-ci ilin büdcə zərfinin parlamentə daxil olmasını da müəyyən mənada gecikdirib və bunun da obyektiv səbəbi var:
“Buna baxmayaraq, büdcə zərfində 2017-ci il və qarşıdakı illərdə ölkə iqtisadiyyatının inkişafını özündə təmin edən məsələlər öz əksini tapıb”.
Etikxeber.az

Read Previous

Yataqxanada baş verən yanğında 12 nəfər ölüb

Read Next

“Xarici borclanma qaçılmaz və labüddür…” – MALİYYƏ NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir