Parlament cəzaların humanistləşdirilməsinə dair dəyişiklikləri qəbul etdi

Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin (MM) oktyanrın 20-də keçirilən plenar iclasında müzakirə olunub.

Etikxeber.az xəbər verir ki, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihədə yeni cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

Belə ki, Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.

Məcəlləyə yeni cəza növü, yəni “azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.

Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

Etikxeber.az

Read Previous

“Təqdim olunan təsvirdə heç nə görünmür, bu, deputatlara qarşı hörmətsizlikdir” – ELMİRA AXUNDOVA

Read Next

“Məscidləri dağıdan ölkə müsəlman ölkələrinin dostu ola bilməz” – ƏLİYEV – FOTO- YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir