“Parlament diplomatiyasının strategiyası olmalıdır: Qarşıya qoyulan məqsədə nail olmalıyıq”-ELNUR ALLAHVERDİYEV

Milli Məclisin sədri Sahibə xanım Qafarovanın 12 nümayəndə heyətinin rəhbərləri ilə keçirdiyi və bu qəbildən bir ilk olan onlayn-görüşün əsas mövzusu da cənab Prezidentin tövsiyələrindən irəli gələn vəzifələr oldu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elnur Allahverdiyev deyib.

Xatırladıb ki, hələ bu ilin martın 10-da VI çağırış Milli Məclisin (MM) ilk iclasında Prezident İlham Əliyev beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətləri və deputatların beynəlxalq fəaliyyətləri ilə bağlı çıxış edib.

“Dövlət başçısının bu çıxışını parlament diplomatiyası sahəsində “Yol xəritəsi” hesab etmək olar. Prezidentin qarşımıza qoyduğu əsas tələb beynəlxalq arenada fəallıq, Azərbaycanın milli maraqları, xüsusilə Qarabağ problemi ilə bağlı aktivlik göstərməkdir. Bu fəallıq məqsədə çatmaq üçün vasitə olmalıdır”-deyən millət vəkili qeyd edib ki, bugünkü onlayn-görüşdə də MM-in sədri nümayəndə heyətlərini aşağıdakı istiqamətlərdə aktiv və səmərəli fəaliyyət göstərməyə çağırıb.

“1. Parlament diplomatiyasının strategiyası olmalıdır. Qarşıya qoyulan məqsədə nail olmalıyıq;2. Xarici ölkələrə və beynəlxalq təşkilatlara edilən səfərlər konkret gündəliyə malik olmalıdır;3. Fəaliyyətin səmərəliliyi vacib amildir. Xüsusilə, Azərbaycana qarşı qərəzli münasibət olan institutlarda hücum diplomatiyasından istifadə etməliyik;4. Fəaliyyətə dair hesabatlılıq mütləq şərtdir;5. Beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana qarşı aqressiyası, Dağlıq Qarabaq probleminin aktuallaşdırılması fəaliyyətimizdə ayrıca yer tutmalıdır. Nümayəndə heyətlərinin bütün potensialları xalqımızın əsas problemi olan torpaqlarımızın işğaldan azad olunması istiqamətindəki fəaliyyətlərinə yönəldilməlidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Maska, sosial məsafə, sosial məsuliyyət-onlar təhlükəli ınfeksiyanı bizə yaxınlaşmağa qoymayan sipərdir”-EKS MİLLƏT VƏKİLİ DƏ ÇAĞIRIŞ ETDİ

Read Next

“Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var…”-ƏLİ ƏHMƏDOVDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir