“Parlament isalahatçı, təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməlidir” – YAP-ÇI DEPUTAT

İclasın gündəliyinə daxil edilmiş məsələ bu günün tələbidir. Bu məsələ hörmətli Prezdentimizin rəhbərliyi altında ölkəmizdə aparılan və hər bir sferasını əhatə edən geniş islahatlar kursunun ruhuna tam uyğundur. Bu islahatlar hakimyyətin idarə formasının hər üç qanadında öz əksini tapmalıdır. İcra hakimiyyətində aparılan struktur və kadr islahatları iqtisadiyyatımıza və ümumən ölkənin inkişafına verdiyi töhfələrin şahidiyik.
Məhkəmə – hüquq sistemi də yeni ildən yeni şəkildə bu günün çağırıçlarına uyğun fəaliyyətini davam etdirəcək. Qanunvericilik hakimiyyəti də bu proseslərdən kənarda qala bilməz. Aydın görünür ki, dövlət başçısının başladığı islahatlar dönməz, məqsədyönlüdür və əsas məram hakimiyyətin bütün qollarını bu prosesə qoşmaq, bütün resurslardan səmərəli istifadə, mövcud potensialı tam realizə etməkdir. Şübhəsiz ki, hakimiyyətin bütün qollarının novatorluğu, yenilikçi təşəbbüskarlığı və şəffaflığı həm idaəretməni sadələşdirə, həm də yeni inkişafa davamlı xarakter qazandıra bilər.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov dilə gətirib.

“Ölkəmizdə geniş vüsət almış islahatlara adekvat qanunvericilik bazası yarada bilən yeni parlamentin yaradılmasına ehtiyac var. Düşünürəm ki, yeni yaradılacaq parlament isalahatçı, daha təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməli və bu prosesə qoşulmalıdır”-deyən millət vəkilinin sözlərinə görə, təmsil olunduğu YAP-ın və YAP-çı deputatların təşəbbüsünə digər siyasi partiyaları təmsil edən millət vəkillərinin  və bitərəflərin qoşulması ilə parlamentin buraxılması yönündə ölkə başçısına ünvanlanacaq müraciət hər bir kəs üçün milli və dövlət maraqlarının şəxsi maraqlardan üstün olduğunun göstəricisidir.

“Təşəbbüsümüz cəmiyyət tərəfindən çox yüksək səviyyədə qəbul olunur. Düşünürəm ki, həmkarlarımızla düşncələrimiz birdir, məsələnin geniş müzakirəsinə ehtiyac yoxdur və hər birimizə uğurlar arzulayıram…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezidentdən Dilarə Seyidzadə və Gündüz Kərimovla bağlı – SƏRƏNCAM – YENİLƏNİB – (1)

Read Next

Jalə Mütəllimova Fəzail Ağamalının – MÜŞAVİRİ OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir