Parlament jurnalistləri Bayraq Gününü şimal-qərb bölgəsində qeyd etdilər- FOTOLAR

Noyabrın 9-da Parlament Jurnalistlər Birliyinin (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olublar.

Etikxeber.az xəbər verir ki, tədbir Milli Məclisin (MM) Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnaslitləri Birliyinin (PJB) təşkilatçılığı ilə baş tutub.

Hər il ənənəvi olaraq 9 noyabr bayraq günü PJB üzvləri tərəfindən qeyd edilir. Bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd bayraq gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarətdir. Jurnalistlər səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar.

Kiçiklərdən tutumuş böyüklərə qədər hər kəs bu bayraqları böyük coşğu ilə qəbul edib. Məktəblilərin böyük üstünlük təşkil etdiyi aksiyada onların üçrəngli bayraqla bağlı tam bilgiyə malik olduğu üzə çıxıb. Şimal-qərb bölgəsində insanların bayarağa olan münsaibəti qüruruvericidir, təqdirəlayiqdir.

pjb-3

pjb-4

Etikxeber.az

 

Read Previous

Əliyev Trampı təbrik etdi

Read Next

Hava yenə yağmursuz olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir