Parlament Nazirlər Kabinetinin yeni tərkibini-TƏSDİQLƏDİ

Ukrayna Ali Radası Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

 Etikxeber.az xəbər verir ki, deputatlardan 277 nəfəri yeni Baş Nazir Denis Şmıqalın təqdim etdiyi nazirlərin lehinə səs verib.

Sabiq Xarici İşlər naziri Vadim Pristayko Baş Nazirin müavini, Avropa və Avroatlantikaya İnnteqrasiya naziri, Aleksey Reznikov Baş Nazirin müavini, Müvəqqəti İşğal Olunan ərazilərin yenidən İnteqrasiya naziri, Mixail Fedorov Baş Nazirin müavini, Ukraynanın Rəqəmsal Transformasiya naziri, Arsen Avakov Daxili İşlər naziri, Sergey Bessarab, Veteranlarla İş üzrə nazir, Vadim Qutstayt Gənclər və İdman naziri, İlya Yemets Səhiyyə naziri, Vladislav Krikliy İnfrastruktur naziri, Marina Lazebnaya Sosial Siyasət naziri, Denis Malyuska Ədliyyə naziri, İqor Umanski Maliyyə naziri, Oleq Nemçinov Nazirlər Kabinet naziri, Aleksey Çernışov İcmaların və Ərazilərin İnkişaf naziri, Andrey Taran Müdafiə naziri, Dmitriy Kuleb Xarici İşlər naziri təyin edilib.

Daha dörd nazirin yeri hələ ki, vakant qalıb.

Yeni hökumət təsdiq edildikdən sonra and içib.

Etikxeber.az

Read Previous

Prezident Ağstafada və Tovuzda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (11)

Read Next

“Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin Tovuzda yaradılması bizim hamımızın arzusu idi…” – QƏNİRƏ PAŞAYEVA PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir