Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənubi Koreya parlamenti ölkə başçısı Pak Kın Xeyə qarşı impiçment elan edib.
Etikxeber.az “rian.ru”-ya istinadən xəbər verir ki, prezidentin vəzifədən uzaqlaşmasının lehinə 234 deputat, əleyhinə 56, 2 deputat isə bitərəf qalıb. 7 bülleten etibarsız sayılıb.
Parlamentin prezidentə qarşı impiçment elan olunmasını ölkə televiziyası birbaşa yayımlayıb.
Parlamentin prezidentə qarşı impiçment elan etməsinə səbəb Pak Kın Xe və onun köhnə dostu Çoy Sun Sil ətrafındakı irimiqyaslı korrupsiya faktları olub.
Prezidentə qarşı elan olunan impiçment qərarı Cənubi Koreya Konstitusiya Məhkəməsi tərəfindən təqsdiq edilməlidir. Konstitusiya Məhkəməsi bu qərarı ya təsdiq, ya da qəbul etməmək barədə rəy verəcək.
Etikxeber.az