Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!

Sabah yeni-növbədənkənar parlament seçkiləri ilə bağlı Sərəncamın verilməsi nəzərdə tutulur.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) sabahkı toplantısından-dövlət başçısına yeni seçkilərin keçirilməsini nəzərdə tutan müraciətin ünvanlamasından sonra ölkə Prezidenti tərəfindən axşam saatlarında növbədənkənar seçkilərlə bağlı Sərəncamın verilməsi gözlənilir.

Əgər sabah Sərəncam verilərsə, seçki (səsvermə) günü gələn ilin fevral ayının 2-nə təyin ediləcək.

Belə ki, Sərəncam veriləcəyi təqdirdə, seçki prosesi dekabrın 4-dən başlayacaq və 60-gün ərzində- 2020-ci ilin fevralın 2-cən davam edəcək.

Fevralın 2-də isə seçki (səsvermə) keçiriləcək.

Adının çəkilməsini istəməyən mənbə də saytımıza açıqlamasında seçkilərin fevralın 2-nə təyin edilməsinin gözlənildiyini bildirib.

“Bizdə olan məlumata görə, seçkilər fevralın 2-də keçiriləcək. Çünki gecikmə üçün də elə bir səbəb yoxdur. Beləliklə seçkilər fevralın 2-də baş tutacaq və həmin gün 6-cı çağırış parlamentin üzvləri seçiləcək”-deyə, mənbə bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bitərəf millət vəkillərindən biri – YAP-IN TƏŞƏBBÜSÜNƏ ETİRAZ EDİB – ÖZƏL

Read Next

Millət vəkili TANAP-la bağlı nələrdən – DANIŞDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir