Parlamentdə “dilənçilər”-“qaraçılar” mübahisəsi…

Küçə uşaqları, dilənçilər günü-gündən gözəlləşən Bakımızın gözəlliyinə ciddi xələl gəıtirir.

Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə parlament komitələrinin birgə iclasında deyib.

cingiz-1

O, qeyd edib ki, dilənçilər də daha çox qaraçılar tərəfindən bu qanunsuz fəaliyyətə-fiziki istismara cəlb olunurlar:

“Bakımız da ölkəmiz kimi günü-gündən gözəlləşir, abadlaşır. Odur ki, küçə uşaqları, dilənçilər gözəlləşən Bakımızın ruhuna uyğun deyil. Onları küçələrimizdə görmək adama ağır gəlir və bu məsələ aidiyyatı orqanların diqqətində olmalıdır”.

Millət vəkili Elşən Musayev isə həmkarının dilənçilərlə bağlı fikirlərinə etiraz edib.

elsan musayev

Millət vəkili bildirib ki, dilənçiləri, onların cinayətə təhrik olunmasıni, fikizik istismara məruz qalmasını təkçə qaraçılarla əlaqələndurmək düzgün deyil:

“Bunu təkcə qaraçılara bağlmaq düzgün və ədalətli olmaz. Dilənçiliyə məcbur edilənlər arasında çoxları var ki, qaraçılar yox, tamam başqaları tərəfindən buna vadar, təhrik olunublar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İnsan alveri insan ləyaqətinin alçaldılmasıdır – BAHAR MURADOVA – YENİLƏNİB

Read Next

Deputatdan sosial şəbəkələrlə bağlı DİN-ə çağırış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir