Parlamentdə insan alverinə qarşı mübarizə ilə bağlı illik hesabatı-KİM VƏ HAÇAN VERƏCƏK? – YENİLƏNİB

Milli Məclisdə (MM) artıq hesabatların dinlənilməsinə start verilir.

Belə ki, ilk hesabat hökumətin hesabatı olacaq ki, o da aprelin 7-də baş tutacaq.

Bunun ardınca bələdiyyələrlə bağlı və Ombudsmanın illk hesabatları dinləniləcək.

Qeyd edək ki, artıq bələdiyyələrlə bağlı illik hesabat parlamentə təqim olunub və Regional məsələlər komitəsində Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məlumatı dinlənilib.

Eyni zamanda, yeni Ombudsmanın Səbinə Əliyevanın (millət vəkili Siyavuş Novruzovun həyat yoldaşı) da illik hesabatının hazır olduğu və parlamentə göndərildiyi bildirilir.

Hər iki hesabatın müzakirəsinin aprel və ya may ayının əvvəllərində baş tutacağı gözlənilir.

Bəs görəsən, 4-cü hesabat-İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı nə vaxt dinləniləcək və hesabat MM-ə daxil olubmu?

Etikxeber.az-a MM-dən verilən məlumatda öncə bildirilir ki, hələlək növbəti iclasların, o cümlədən, Milli Koordinatorun hesabatı ilə bağlı iclasın dəqiq vaxtı bilinmir.

Eyni zamanda, Milli Koordinatorun illik hesabatı da parlamentə daxil olmayıb.

Qeyd edək ki, Milli Koordinatorun illik məlumatı öncə parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq, sonra MM-in plenar iclasına tövsiyə olunacaq.

Həmçinin, qeyd edək ki, 2020-ci ilə kimi (konkret olaraq, 2019-cu ildə) Daxili işlər nazirinin sabiq birinci müavini və hazırda nazir vəzifəsini icra edən general Vilayət Eyvazov Milli Koordinator olaraq, parlamentdə hesabat verirdi.

Bu dəfə isə onu başqa şəxs əvəzləyəcək.

08:26

***

Son məlumata görə, MM-in iclasının vaxtı dəyişdirilib.

MM-in beşinci iclası və hökumətin hesabatı aprelin 9-da olacaq.

14:35

Etikxeber.az

Read Previous

Fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək-RƏSMİ

Read Next

Deputat-“DAĞ” yaratdı-10 AİLƏYƏ DƏSTƏK OLMAQ ÜÇÜN İLK MAAŞINDAN 350 AZN AYIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir