Parlamentdə Rəsulzadə və PAŞİNYANIN “SƏRSƏMLƏMƏSİ” MÜZAKİRƏ MÖVZUSU OLDU, ERMƏNİSTAN BAŞ NAZİRİNƏ KƏSKİN ETİRAZ BİLDİRİLDİ…

Biz Azərbaycan gerçəklərinin dünyada daha çox yayılması üçün gücümüzü daha da artırmalıyıq.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O, bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıb:

“Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir. Bizim Cümhuriyyət qurucularımızın çoxu da ermənilər tərəfindən qətlə yetirilib”.

Vitse-spiker Fəzail İbrahimli də çıxışında M. Ə. Rəsulzadə ilə bağlı Paşinyanın fikirlərini “sərsəmlik və faşist təxəyyülünün məhsulu” adlandırıb.

O, bildirib ki, Paşinyandan və onun faşist cəsusu olan babasından fərqli olaraq, Rəsulzadə həm faşizmə, həm də kommunist ideologiyasına, quruluşuna nifrət edib, əqidəsindən dönməyib əqidəsini satmayıb, ömrünün sonuna qədər Azərbaycanın istiqlalı uğrunda mübarizə aparıb.

“Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”-deyən vitse-spiker bildirib ki, bu, Paşinyanın sayıqlamasıdır:

“Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz. Paşinyana faşistpərəst adı verirlər. Pərəst o adam olur ki, istədiyi ideologiyaya sevinir. Paşinyanda pərəstiş olmayıb, o, xəyanət edib və ideologiyadan istifadə edib”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qısa müddətdə informasiya təhlükəsizliyi haqqında konsepsiyanı hazırlayıb qəbul etməliyik”-ZAHİD ORUC

Read Next

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki…”-TURAL GƏNCƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir