Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Spiker deputatla razılaşmadı: Nizam-intizam olmayanda, fayda da olmur
Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.
Etikxeber.az-ın xəbərinə görə, millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:
“Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiya və sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə məsələn, məkhəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar. Ona görə deputatların hüquqlarının, səlahiyyətlərinin artırılmasına və təmin edilməsinə ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.
Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:
“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində də həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsin açıb, baxsanız görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az